GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa Komissiyası qaz idxalını artırmaq üçün Azərbaycana saziş təklif edir - Ekspert rəyi

Avropa Komissiyası qaz idxalını artırmaq üçün Azərbaycana saziş təklif edir - Ekspert rəyi

Tarix: 15-07-2022, 15:12 Bölmə :Dünya Baxış: 268


Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək verməyi təklif edib.

Bu barədə Reuters məlumat yayıb.

Agentlik Saziş layihəsinə istinadən qeyd edir ki, tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, 2027-ci ilədək Cənub Qaz Dəhlizi ilə ildə azı 20 milyrad kubmetr təbii qazın Aİ-yə ixracı hesabına ikitərəfli təbii qaz ticarətini təşviq edəcək.

Məlumata görə, iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də məzmunu dəyişə bilən anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.

Hər iki tərəf Avropaya tədarükün artırılıması üçün bu şəbəkənin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq edəcək və əlavə olunur ki, bu cür investisiyalar gələcəkdə həm də aşağı karbon qazlarını daşıya bilməlidir.

Sənəddə deyilir ki, gələcək qaz müqavilələri iqlim dəyişiklikləri ilə bağlı Aİ hədəfləri ilə razılaşdırılmalıdır. Bu isə öz növbəsində, xüsusilə, 2030-cu ildən sonra təbii qaz istehlakının kəskin azalmasını tələbə edəcək.

Sənəd layihəsində qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün "uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin" vacibliyi vurğulanıb. Lakin o, həmçinin gələcək qaz müqavilələrinin Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılmasının lazım olduğunu, Brüsselin xüsusilə 2030-cu ildən sonra qazın istifadəsinin azaldılmasını tələb edəcəyini qeyd edir.

Bundan əlavə sənəddə qeyd olunur ki, hər iki tərəf tədarük zəncirlərində güclü istixana qazı olan metan emissiyalarının qarşısını almaq üçün tədbirləri gücləndirməlidir. Müqavilə layihəsində o da deyilir ki, Aİ və Azərbaycan eyni zamanda, elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen ticarətini müzakirə edəcək.

Bu saziş Azərbaycana da müəyyən imkanlar yaradır ki, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirsin

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirb ki, Azərbaycanla Avropa Birliyi arasındakı yeni qaz sazişi çox önəmlidir hər iki tərəf üçün. Onun sözlərinə görə, indiki qaz böhranı , enerji böhranında alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təhcizat modellərinə keçid Avropa Birliyi üçün həyatı əhəmiyyət kəsb edir

"Azərbaycan üçün də önəmlidi. Çünki əlavə investisiyalar cəlb olunacaq , həm də Avropa Birliyi ilə əməkdaşlığı ilə genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların , Avropa Birliyi ilə əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə səbəb olan faktora çevriləcək."

Bu sazişin Azərbaycan üçün Rusiya faktoru baxımından hansı təhlükələr yarada bilər sualına gəldikdə isə, ekspert deyir ki, Rusiyanın bu məsələlərə "isti baxmadığı" məlumdur.

"Sadəcə burada həcm məsələsi var. Rusiyanın Avropa Biriyinə müharibəyə qədər göndərdiyi qazın həcmi 175-180 milyard kub metrdi. Azərbaycanın o qədər həcmi yoxdur. Ona görə də Rusiya kifayət qədər qıcıq olsa da bu məsələlərə həcmlərin az olması hələlik Rusiyanın çox da aqressiv davranmadığından xəbər verir. Azərbaycana da müəyyən imkanlar, fürsətlər yaradır ki, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirsin. Azərbaycanın TAP və TANAP layihələri vasitəsilə Cənub boru vasitəsilə Avropaya keçən il 9.2 milyard kub metr qaz təchiz edib. Bu il isə 11 milyarda yaxın qaz təchiz etməsi planlaşdırılır. Amma bu həcmi iki dəfə artırmaq mümkündür. Hətta yeni texnologiyaların tətbiqi 24-25 milyard qədərə də artırmağa imkan verir. İndiki danışıqlar və imzalanacaq müqavilələr yeni texnologiyaların tətbiqi ilə həcmlərin genişləndirilməsini nəzərdə tutur. Azərbaycanı həm də tranzit ölkəyə çevirə bilər. Yəni ətraf ölkələrin qaz resurslarını Azərbaycanın Cənub Qaz dəhlizi vasitəsilə Avropaya çatıdırılması imkanları genişlənəcək" - deyə, Cəfərli bildirib.

Rəsmi Bakı...

Rəsmi Bakı bu sazişlə bağlı hələlik fikir bildirməyib. Amma Rusiya-Ukrayna müharibəsi Avropaya nəql edilən Azərbaycan qazının həcminin artırılmasını gündəmə gətirib. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı şəhərində baş tutan səkkizinci iclasının yekunları ilə bağlı Azərbaycan energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatında deyilir ki, Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib.

Azərbaycan Enegetika Nazirliyinin martın 17-də yaydığı məlumata görə, 2020-ci il dekabrın 31-dən başlayaraq Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya ümumi tədarükü 10 milyard kubmetrə çatıb.

Nazirlik hesab edir ki, bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir.

"Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir".

Energetika Nazirliyi bildirir ki, 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

Cənub Qaz Dəhlizi haqqında

Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,"Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan qazının Avropaya nəqlinə dair vacib saziş imzalandı

    Azərbaycan qazının Avropaya nəqlinə dair vacib ...

    10-12-2015, 20:43

  • 
  • Avropa Komissiyası TAP-ın istismarına başlanılmasını alqışlayır

    Avropa Komissiyası TAP-ın istismarına ...

    7-12-2020, 13:13

  • 
  • Salih Yılmaz: "TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq"

    Salih Yılmaz: "TANAP Azərbaycan qazının ...

    2-12-2019, 14:43

  • 
  • “Cənub Qaz Dəhlizi” layihəsinin 72 faizi icra edib

    “Cənub Qaz Dəhlizi” layihəsinin 72 faizi icra edib ...

    14-12-2017, 12:14

  • 
  • Schieppati: "TAP və Sakarya Qaz Sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır"

    Schieppati: "TAP və Sakarya Qaz Sahəsindəki ...

    6-02-2021, 16:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu