GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » BP ilə vəziyyətimiz nə yerdə qaldı?

BP ilə vəziyyətimiz nə yerdə qaldı?

Tarix: 21-12-2012, 13:25 Bölmə :Dünya Baxış: 685
BP ilə vəziyyətimiz nə yerdə qaldı?

Problem kamufulyaj edildi

gundemxeber.az Azərbaycan prezidenti İlham Əliyev 18 dekabrda “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru Britaniyanın BP şirkətinin ünvanına səsləndirdiyi sərt tənqidi rədd etdi. Bu bəyanat üçün o, idmana dəxli olmayan sahədə Azərbaycan-Britaniya münasibətlərinin aydınlaşdırılması üçün bir qrup idmançının təltif mərasimindən istifadə etdi.

Azərbaycan prezidentinin tələsik bəyanatı BP-nin baş direktoru Robert Dadli ilə görüşdən dərhal sonra səsləndirildi. Onun səfəri bir sıra təxirə salınmalardan sonra həmin gün baş tutmuşdu. "Bu gün səhər BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqlayıb. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”, deyə prezident izah edib.

Bu il oktyabrın 10-da hökumətin iclasında prezident BP-ni qəsdən hasilatı azaltmaqda ittiham etmişdi. Onun öz bəyanatını diplomatikcəsinə rəff etməsini kompromisə hazırlıq kimi qəbul etmək olar. O vaxt Əliyev demişdi ki, ölkə rəhbərliyi şirkət üçün çox şey edib, özü də təkcə enerji sahəsində yox. Əliyevin eyhamı geniş ictimaiyyətə məlum deyil, açıq nitqin kadrı arxasında qalır. Maraqlıdır ki, bu dəfə BP qarşılıqlı anlaşmaya nail olunduğu barədə heç bir rəsmi bəyanat vermədi.

BP-yə qarşı açıq oktyabr ittihamı hasilat azalmağa başlayandan 3 il sonra səslənib. 2010-cu ilin yekununda AÇG-də 40,6 mln ton, 2011-ci ildə 35,6 mln ton neft çıxarılıb. Bu il hasilat həcmi 32,7 mln ton səviyyəsində gözlənilir. Bu halda məntiqi sual çıxır: prezident Azərbaycana dəyən 8 mlrd dollar ziyan barədə niyə indi danışır və BP-nin bu ziyanı ödəyib-ödəməyəcəyi barədə niyə heç nə demir? Öz növbəsində BP Azərbaycanın dövlət büdcəsinin ARDNŞ – SOCAR Trading sxemi üzrə neft satışından ildə milyardlarla itkiyə məruz qalması barədə şərh vermir.

Amma Turan Agentliyi AÇG konsorsiumunun iştirakçısı olan şirkətlərdə dəqiqləşdirib ki, indiyədək 2013-cü ilin planı Rəhbər Komitə tərəfindən təsdiqlənməyib. Təbii ki, gələn il üçün büdcə xərcləri məlum deyil. Bundan başqa, “Qərbi Çıraq”da yeni hasilat platformasından neft hasilatının başlayacağı tarix də məlum deyil: bu, ya oktyabrda, ya da dekabrda olacaq. İkinci halda hasilatda böyük uğur qazanmaq çətin olar, çünki BP yeni istismar quyuları qazmaq barədə qərar versə belə, 2013-cü ilin I yarısında tənəzzül davam edəcək. Məsələ burasındadır ki, bir quyunun qazılmasına 4 ay tələb olunur. Belə görünür ki, hasilat 2014-cü ildə “Qərbi Çıraq” tam gücü ilə işləyəndə sabitləşəcək.

Amma bu məsələ də sual altındadır. Bir sıra məlumatlara görə, Azərbaycanla bağlı bütün mühüm energetika layihələri 2013-cü ilin qarşıdan gələn prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliklə əlaqədar 2014-15-ci illərə keçirilib.

Bundan başqa, Qərbin neft mənbələri deyir ki, Azərbaycan rəhbərliyi hasilatın piki və sosial-iqtisadi həyata ciddi problemlər gətirəcək neft hasilatının azalma cədvəlindən xəbərdar idi. Bunlar artıq 2013-cü ilin büdcəsinin formalaşmasında, ölkənin əsas iqtisadi qanununun gəlir hissəsindəki yıtrığı yamamaq üçün Neft Fondunun $2,2 mlrd aktivlərini cəlb etmək lazım gələndə özünü açıq göstərməyə başladı. Buna səbəb büdcənin əsas donoru olan Neft Fondunun 2012-ci ildə finiş nöqtəsinə gəlirlərin və xərclərinin mənfi saldosu ilə çıxmasıdır.

BP ilə münaqişənin həllinə bütövlükdə problemin həlli kimi baxmaq olmaz, söhbət daha çox onun müvəqqəti ört-basdır edilməsindən gedə bilər. Noyabr 2-də «Azərbaycan hakimiyyətinin paralel dünyası» adlı analitik məqalədə Turan agentliyi ikitərəfli münasibətlərdəki böhranın əsas səbəbini britaniyalıların, həmçinin digər Qərb tərəfdaşların bundan sonra da Azərbaycandakı rejimi və onun indiki mahiyyətini dəstəkləmək bacarığının, yaxud həvəsinin olmamasında görürdü. Əliyevin BP ilə taktiki barışıq elan etməsinə Azərbaycan tərəfinin dünyanın enerji nəhəngi – Amerikanın EXXON şirkətinin qlobal dəstəyini almaq cəhdinin uğursuz nəticələnməsi kimi baxıla bilər. Gizli xarakter daşıyan danışıqlar neft nəhəngi üçün əhəmiyyətli imtiyaz və cəlbedici təklifləri nəzərdə tuturdu. Ancaq danışıqların gedişi Azərbaycanda dəyişikliklərə can atan nüfuzlu siyasi mərkəzlərə məlum idi. Bu, onu göstərə bilər ki, gizli arzulanan gerçəklik deyil.

Bəzi ekspertlər BP ilə ARDNŞ arasında münasibətlərin mürəkkəbləşməsinin digər versiyasını irəli sürürlər. Bunu gücü artan ARDNŞ ilə BP-nin maraqlarının toqquşduğu «Şahdəniz-2», TAP (Transadriatik boru kəməri) və s. tipli gələcək meqalayihələrlə əlaqələndirirlər. Avqustun 9-da TAP konsorsiumu və «Şahdəniz» qaz-kondensat yatağınının işlənilməsinə üzrə tərəfdaşlar (BP, ARDNŞ və Total) Azərbaycan qazının Avropaya ixracının yekun marşrutunu seçənə qədər layihənin maliyyələşdirilməsi ilə bağlı saziş imzalayıb. Saziş həmçinin «Şahdəniz»in işlənilməsi üzrə tərəfdaşların TAP layihəsində 50%-ə qədər payın əldə edilməsi imkanını da nəzərdə tutur. Razılaşmaya əsasən, ayrılan vəsaitlər boru kəməri marşrutu ilə bağlı yekun qərarın qəbuluna – 2013-cü ilin ortasına qədər layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan müxtəlif işlərə yönəldiləcək.

Həmin avqust günündə BP-Azerbaijan şirkətindən bu məlumatı Turan agentliyinə şərh edərkən bildiriblər ki, ««Şahdəniz» layihəsinin əsas tərəfdaşları – BP, ARDNŞ və Total Azərbaycan qazının Avropaya nəql ediləcəyi hər bir nəqliyyat seqmentində – Cənubi Qafqaz boru kəmərində, Trans Anadolu və TAP/Nabucco-West-də paya malik olmaq istəyir». Turan-ın həmsöhbəti qeyd edib ki, imzalanan razılaşma bu layihə uğurlu olacağı təqdirdə TAP aktivlərinin yarısına nəzarət etmək imkanı verir. Bu halda münaqişə payların bölünməsində fikir ayrılığı ilə bağlı ola bilərmi? Tamamilə mümkündür. Avqustun 6-da, razılaşmanın imzalanması ərəfəsində Əliyev Londonda Devid Kemiron və Robert Dadli ilə görüşdü, sonra hansısa məsələləri yoluna qoymaq üçün dərhal Azərbaycana gəldi və tezcə Olimpiya oyunlarının keçirildiyi Londona qayıtdı.

Bahalı qaz layihəsinin rəsmi Bakını belə gərginləşdirə biləcəyi az inandırıcıdır. Qaz layihələri, hətta onlar meqa layihə adlandırılsa da, AÇG-ni əvəz etmək imkanında deyillər. Müqayisə üçün 2012-ci ildə AÇC-dən təmiz gəlir 19,1 mlrd dollar təşkil edib, qazdan isə gəlir bu il 200 mln dollardan bir qədər artıq olub. Hətta «Şahdəniz-2» neft hasilatının qaçılmaz olaraq azalmasından yaranan itkilərin yerini doldura bilməz. Qaz layihəsinə investisiyaların 35 mlrd dollardan artıq ola biləcəyini nəzərə alsaq, bu qaz layihəsindən ciddi gəlirlər gözləmək olmur. Bu halda münasibətlərin siyasi səbəblərdən pozulması versiyası əsas olaraq qalır. 20-ci illərin əvvəlində gözlənən yeni iqtisadi bum dövründə dünya iqtisadiyyatının sabit enerji təminatına ümid edən Qərb üçün azad diversifikasiyalı iqtisadiyyatı, dayanıqlı demokratik siyasi sistemi olan sabit, nə edəcəyi məlum olan tərəfdaş tələb olunur.

Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft şirkətinin vitse-prezidenti işdən qovuldu

    Neft şirkətinin vitse-prezidenti işdən qovuldu ...

    6-11-2015, 01:59

  • 
  • Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin ...

    30-05-2016, 12:22

  • 
  • "Azəri-Çıraq-Günəşli"nin payçılarından biri layihəni tərk edir

    "Azəri-Çıraq-Günəşli"nin payçılarından ...

    30-05-2016, 13:01

  • 
  • Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə salınıb

    Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə ...

    18-02-2016, 00:24

  • 
  • Azərbaycan nefti tükənir

    Azərbaycan nefti tükənir ...

    11-12-2012, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu