GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Mehmet Perinçek: “Türkiyə NATO-dan çıxmağa qərar verə bilər”

Mehmet Perinçek: “Türkiyə NATO-dan çıxmağa qərar verə bilər”

Tarix: 27-07-2022, 11:36 Bölmə :Dünya Baxış: 360


Avqustda Türkiyə, İsveç və Finlandiya Şimali Avropa ölkələrinin NATO-ya daxil olmasını müzakirə edəcəklər. Bunun üçün Türkiyə Böyük Millət Məclisi də daxil olmaqla, bütün NATO dövlətlərinin parlamentlərinin Helsinki və Stokholmun Şimali Atlantika Alyansına qəbul edilməsi haqqında protokolları ratifikasiya etməsi zəruridir. Amma bu, çox ciddi suallar doğurur.


İsveç və Finlandiya Türkiyə ilə imzalanmış memoranduma hörmətsizlik nümayiş etdirməkdə davam edirlər, baxmayaraq ki, bu memorandumdan sonra Ankara şimal ölkələrinin alyansa daxil olmasına qoyduğu vetonu ləğv etdi. Lakin bununla belə, Ankara parlamentdə ratifikasiyanı başqa bir təzyiq vasitəsi olaraq saxladı.

İsveç və Finlandiya hökumətlərinin davranışını nəzərə alsaq, avqustda danışıqlar çətin keçəcək. Çünki üzərlərinə götürdükləri öhdəliklərə baxmayaraq, Helsinki və Stokholm FETÖ nümayəndələri kimi, terrorda şübhəli bilinən kürd fəallarını da təhvil vermirlər. Bundan əlavə, Kürdüstan Fəhlə Partiyası (PKK) və onun qolu olan PYD və YPG tərəfdarlarının etirazları bütün İsveçi bürüyüb. Höteborq və Stokholmda baş tutan nümayişlərdən sonra İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Gundemxeber.az bildirir ki, vəziyyəti Oxu.Az-a şərh edən türkiyəli tarixçi və politoloq Mehmet Perinçek qeyd edib ki, avqustda aparılacaq danışıqların uğurlu olacağı ehtimalı azdır:

- Türkiyənin NATO ilə problemləri var və bu, təkcə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsi ilə bağlı deyil. Ankara daim onu maraqlandıran strateji mövzulara diqqət çəkir, lakin NATO Türkiyənin maraqlarını diqqətə almır.

- Söhbətin nədən getdiyini açıqlaya bilərsinizmi?

- Kürd terrorçularının maraqlarına xidmət edən təkcə Finlandiya və İsveç deyil, NATO və ABŞ da Suriyada onları açıq şəkildə təchiz edir və dəstəkləyirlər. Kürdüstan Fəhlə Partiyası ən böyük dəstəyi məhz Vaşinqtondan alır.

Həmçinin Şərqi Aralıq dənizi məsələsi də var ki, burada artıq Türkiyə ilə digər NATO ölkələri arasında, demək olar ki, açıq qarşıdurma mövcuddur. ABŞ anti-Türkiyə bloku yaradıb və Türkiyənin təhlükə kimi qəbul etdiyi dənizdə təlimlər keçirilir.

- Anti-Türkiyə bloku dedikdə ABŞ, Yunanıstan və Fransanı nəzərdə tutursunuz?

- Ümumilikdə, bəli. Türkiyə Egey dənizi istiqamətindən də əhatə olunub. Hərbi bazalar yaradılıb və bu bazaların təkcə Rusiyadan qorunmaq məqsədi daşımadığı göz qabağındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika bazalarının Trakyada, Yunan adalarında yerləşdirilməsi Türkiyə üçün təhlükədir.

Qərb Gülənin FETÖ hərəkatından olan terrorçuları dəstəkləyir. NATO və ABŞ gülənçilərin köməyilə Türkiyədə hərbi çevrilişə cəhd etdilər. Onlar Rəcəb Tayyib Ərdoğanı devirmək niyyəti ilə bərabər, həmçinin onu fiziki cəhətdən də aradan qaldırmağa çalışırdılar.

Buna görə də indi Türkiyə ilə NATO ölkələri arasında ciddi və faciəvi qarşıdurma var. Təkrar edirəm, bu problem İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi ilə məhdudlaşmır. Təbii ki, NATO Ankaranı qane etməyən planlardan əl çəksə, o zaman münasibətlərin yoluna qoyulması mümkün ola bilər. Amma gördüyümüz kimi, ABŞ və Alyans ölkələrinin belə bir istəyi yoxdur. Onlar Şərqi Aralıq dənizi və digər bölgələrdəki planlarından əl çəkməyib, kürd separatçılarına və terrorçularına, həmçinin FETÖ fəallarına dəstək verməkdə davam edirlər.

Beləliklə, avqustda aparılan danışıqlar razılaşmaya gətirib çıxarmayacaq. Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün öz şərtlərini təklif etdi, lakin bu ölkələr memorandumun bir bəndini belə, yerinə yetirmədilər.

Baş verən hər şeyi nəzərə alaraq, güman edə bilərəm ki, Türkiyə NATO-dan çıxmaq barədə qərar verə bilər. Çünki Alyansda Ankaranın maraqları sadəcə olaraq nəzərə alınmır. Bu məsələ Türkiyənin gündəmində olacaq. Bəli, bu gün və ya sabah olmasa da, yaxın gələcəkdə olacaq. Türkiyə NATO tərkibində öz milli təhlükəsizliyini təmin edə bilməz.

Yeni beynəlxalq alyans yaradılmalıdır və artıq bu barədə danışıqlar gedir. Söhbət ilk növbədə türk dövlətlərindən - Azərbaycandan, Orta Asiya ölkələrindən gedir. Rusiya, Pakistan, Hindistan, Çini də cəlb etmək olar (baxmayaraq ki, son üçü arasında ziddiyyətlər var). Hətta İranla belə, razılığa gəlmək olar və bu yaxınlarda Tehranda keçirilən sammit (Astana formatında – red.) də bunu göstərdi. Türkiyənin NATO-da iştirakı bu şəkildə tamhüquqlu ittifaqın yaradılmasına mane olur.

Türkiyənin NATO-dan çıxarılması mümkün deyil, təşkilatın nizamnaməsində bu, sadəcə, olaraq nəzərdə tutulmur. Amma eyni zamanda alyans ölkələri Türkiyənin maraqlarını nəzərə almadan istədiklərini edirlər.

- Belə çıxır ki, NATO ölkələri, ilk növbədə ABŞ, Fransa və Yunanıstan özləri elə davranırlar ki, Türkiyə alyansdan çıxsın?

- Belə də demək mümkündür. Onlar Türkiyəyə qarşı açıq düşmənçilik nümayiş etdirirlər. Və bu, Türkiyənin həyati maraqlarına mənfi təsir göstərirsə, o zaman Ankara niyə alyansda qalmalıdır? Bu məsələ artıq Türkiyə siyasətində müzakirə olunur. Bu barədə “Vətən” partiyasında danışılıb. Və bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının ortağı olan Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxma ehtimalından bəhs edib. O bəyan edib ki, Türkiyə NATO-dan əvvəl də mövcud olub, Şimali Atlantika Alyansı olmasa belə, Türkiyə mövcudluğunu davam etdirəcək. Türkiyə Cümhuriyyətinin varlığı heç bir halda NATO-ya üzvlükdən asılı deyil.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə razılaşmayacaqlarını bildirib

    Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ...

    20-05-2022, 15:07

  • 
  • Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyini sərtləşdirir

    Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ...

    21-06-2022, 13:29

  • 
  • Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım elan edib

    Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq ...

    1-07-2022, 08:34

  • 
  • NATO gəmiləri Qara dənizə daxil oldu

    NATO gəmiləri Qara dənizə daxil oldu ...

    2-05-2018, 18:17

  • 
  • Finlandiya və İsveçin diplomatik nümayəndələri Türkiyə rəsmiləri ilə NATO təkliflərini müzakirə edəcək

    Finlandiya və İsveçin diplomatik nümayəndələri ...

    25-05-2022, 10:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu