Gundemxeber.az » Dünya » Hulusi Akar Latviyada səfərdədir - Yenilənib
Türkiyə milli müdafiə naziri Hulusi Akar Latviyada səfərdədir.
Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, türkiyəli nazir Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks ilə birlikdə paytaxt Riqada Qəhrəmanlar qəbiristanlığını ziyarət edib.
***
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.
Səfər çərçivəsində o, latviyalı həmkarı Artis Pabrikslə görüşəcək.
Görüşdə NATO-nun Madrid Sammitinin qərarlarının icrası və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi gözlənilir.
Hulusi Akar Latviyada olduğu müddətdə bu ölkənin Hərbi Hava Qüvvələrinin rəhbərliyi ilə görüşmək və onların aviasiya bazasının inkişafı ilə tanış olmaq üçün Lielvardedəki Milli Silahlı Qüvvələrin Aviasiya Bazasına da səfər edəcək.
Qeyd edək ki, Türkiyə NATO-nun Baltikyanı hava məkanında patrul xidmətində iştirak etməklə regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.
GUNDEMXEBER.AZ
17-08-2020, 15:38
27-09-2020, 15:06
24-11-2020, 17:31
13-03-2021, 17:52
21-07-2020, 14:31
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?