“Ukrayna elə bir müdafiə səviyyəsinə çatıb ki, Rusiya ordusunu küncə sıxışdırıb”.
Bu barədə Pentaqonun adı açıqlanmayan iki rəsmisi brifinq zamanı bildirib.
Onlardan birinin sözlərinə görə, bunun bir çox səbəbləri var və rusiyalı hərbçilərin döyüş ruhunun aşağı olması, eləcə də cəbhədə böyük itkilər bu səbəblər sırasındadır.
“Başqa bir səbəb o ola bilər ki, ukraynalılar Rusiyanın komandanlığının və idarəetməsinin tapılmasında və aradan qaldırılmasında, eləcə də külli miqdarda Rusiya texnikasının məhv edilməsində olduqca effektiv fəaliyyət göstərirlər”, - deyə məmurlardan biri qeyd edib.
O, həmçinin bir çox hallarda rusiyalı əsgərlərin döyüş effektivliyinin çox zəif olduğunu vurğulayıb. “İnsanları tanklara qoyurlar. Mən Rusiya tankının necə dövrə vurduğuna dair videonu gördüm. Məlum oldu ki, buna səbəb sürücünün təlim keçməməsi və tank sürməyi bilməməsi imiş”, - deyə Pentaqon sözçüsü bildirib.
Digər yüksək rütbəli hərbçi ukraynalıların Xerson istiqamətində uğurlarını qeyd edib.
“Bunlar böyük, nəhəng uğurlar deyil, amma şübhəsiz ki, rusiyalılar üzərində üstünlük qazandırır... Ukraynalılar onlara necə lazımdır zərbə vurdular və mən hesab edirəm ki, uğursuzluqlarının yerini doldurmağın yollarını axtarırlar”, - deyə o vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?