GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin gizli düşmənini kim və necə zəhərləyib?

Putinin gizli düşmənini kim və necə zəhərləyib?

Tarix: 2-08-2022, 10:57 Bölmə :Dünya Baxış: 142


Uzun müddət Rusiya hakimiyyətindəki ən qaranlıq fiqurlardan biri sayılan, eləcə də sıravi rusiyalıların çoxunun “bütün bəlaların baiskarı” hesab etdikləri Anatoli Çubaysın zəhərlənməsi xəbəri Rusiyada və Avropada əsas xəbər başlıqlarında yer alır.


Məlum olduğu kimi, dünən müxalif mövqeyilə seçilən teleaparıcı Kseniya Sobçak “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysın Avropa klinikalarından birində reanimasiyaya yerləşdirildiyinə dair xəbər yayıb. Sobçak bu xəbəri Çubaysın həyat yoldaşına istinadla ictimailəşdirib: “Çubays reanimasiyadadır, indicə Avdotya ilə danışdım (Çubaysın həyat yoldaşı - red.). Vəziyyəti qeyri-stabildir”.

Maraqlıdır ki, təkcə xanımı yox, Çubaysın özü də bununla bağlı mesaj yayımlayıb: “Mən “Guillain-Barre” sindromu diaqnozu ilə Avropa klinikalarından birinə yerləşdirildim. Vəziyyətim orta ağırdır”.

Məlumat üçün bildirək ki, “Guillain-Barre” sindromu ifliclə nəticələnə bilən və özünü əzələ zəifliyində, ağrılarda, uyuşmalarda göstərən nadir xəstəlikdir. 67 yaşlı Çubaysın əvvəllər belə bir xəstəlikdən əziyyət çəkidyinə dair heç bir məlumat yoxdur. Həyat yoldaşı və özü də bu barədə heç nə demirlər. Deməli, böyük ehtimalla, bu xəstəliyin əlamətləri birdən-birə peyda olub ki, bunun da təsadüfən olmadığına, hətta kimyəvi zəhərlənmənin nəticəsi olduğuna dair qənaət yaranıb

Məlumatda deyilir ki, kimyaçı mütəxəssilər Çubaysın yaşadığı mənzilə, pencəyinə baxış keçiriblər və bu zaman xüsusi qoruyucu geyimdən istifadə ediblər. Ekspertlərin dəqiq nə axtardığı barədə hələ məlumat verilməsə də, onların xüsusi qoruyucu geyimdə olması kimyəvi zəhərlənmə izləri axtarmaları barədə fikir yaradır.

Unutmayaq ki, Rusiya hakimiyyətinin, xüsusilə Putin dövründə öz rəqiblərini, düşmənlərini və digər arzuolunmaz şəxsləri “Noviçok” adlı maddəylə zəhərləməsi praktikası çoxdan mövcuddur.

Yeltsin dövründə Prezident Administrasiyasının rəhbəri, daha sonra Baş nazirin müavini, Maliyyə naziri kimi vəzifələr tutmuş Çubays Rusiyada daha çox “özəlləşdimənin atası” kimi tanınır. Onun son sanballı iş yeri isə “Rosnano”nun rəhbəri postu olub ki, oraya da 2010-cu ildən 2020-ci ilə qədər başçılıq edib. 

Son olaraq Putinin müşaviri kimi formal post tutan Çubays Ukrayna işğalı başlayandan bir müddət sonra Rusiyanı tərk edib. Onun əvvəlcə Türkiyədə, daha sonra Dubayda və İtaliyada göründüyü, nəhayət, İsrailə yerləşdiyi barədə məlumatlar var. Ancaq məlum hadisənin İsraildə, yoxsa Avropada baş verdiyinə dair məlumat yoxdur. Ehtimal olunur ki, Çubays bu zaman Avropada olub və dərhal da buradakı klinikaların birinə çatdırılıb.

Doğrudur, Çubays Ukraynaya qarşı işğalı açıq şəkildə pisləməyib. Çoxları hesab edir ki, canından qorxduğu üçün buna cəsarəti çatmayıb. Ancaq buna baxmayaraq, Rusiyanın hakim “Vahid Rusiya” partiyası onu ölkəni tərk etdiyi üçün xəyanətdə ittiham edib. Çünki açıq bildirməsə də, Çubaysın bu işğalın əleyhinə olduğuna və bunun Rusiyaya, xüsusilə də onun elitasına baha başa gələcəyini bildirməsinə dair məlumatlar var.

Təsadüfi deyil ki, “Rosnano”-nun indiki rəhbəri Sergey Kulikov Baş Prokurorluqdan Çubaysın bu vəzifədəki fəaliyyətini yoxlamağı xahiş edib. İctimaiyyətə açılan məlumatlardan aydın olur ki, Çubaysın dövründə “Rosnano” dövlətdən 10 milıyard rubl kredit alıb və geri qaytarmayıb, həmçinin Hesablama Palatası qurumda yarım milyard dollarlıq zərər aşkarlayıb. 

Rusiya hüquq-mühafizə orqanları isə Çubaysın Avropa banklarında gizlədilmiş hesabları barədə məlumatları yoxlayır və ona yaxın olan şəxsləri dindirir. Eyni zamanda, Rusiya mətbuatında Çubaysın keçmiş fəaliyyəti və hazırkı varidatı barədə materiallar dərc edilməkdədir. Bütün bunların fonunda Çubaysın birdən-birə nadir xəstəlik sindromu ilə xəstəxanaya yerləşdirilməsi qətiyyən təsadüfə oxşamır.

Bununla yanaşı, Kremlə yaxın mətbu orqanlar Çubaysın zəhərləndiyi barədə özünün bilərəkdən yalan məlumat yaydığını iddia edirlər və bildirirlər ki, bununla da o, Putinin hədəfində olduğuna dair görüntü yaratmağa, nəticədə özünə qarşı Qərbdə daha loyal münasibət qazanmağa çalışır.

Hər halda, yaxın zamanda bu məsələyə aydınlıq gətiriləcək və Putinin gizli düşmənlərindən sayılan Çubaysın gerçək durumu aydın olacaq./“AzPolitika.info”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kseniya Sobçak Rusiyanı tərk edib

    Kseniya Sobçak Rusiyanı tərk edib ...

    16-03-2015, 18:42

  • 
  • Rusiyada nazir necə həbs edildi? - Detallar

    Rusiyada nazir necə həbs edildi? - Detallar ...

    27-03-2019, 15:10

  • 
  • Yataq səhnələri gizli kamera ilə çəkilən teleaparıcı danışdı - FOTO - YENİLƏNİB

    Yataq səhnələri gizli kamera ilə çəkilən ...

    6-06-2013, 12:16

  • 
  • Putin köməkçisini işdən qovdu

    Putin köməkçisini işdən qovdu ...

    25-03-2022, 15:56

  • 
  • “Johnson & Johnson” peyvəndi nadir xəstəlik riskini artırır

    “Johnson & Johnson” peyvəndi nadir xəstəlik ...

    14-07-2021, 09:25


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu