ABŞ-ın pilotsuz təyyarələri Yəmənin Abyan əyalətində "Əl Qaidə" terror təşkilatının 3 başçısını məhv edib. gundemxeber.az APA-ya istinadəen bildirir ki, insident Zincibar şəhəri yaxınlığında baş verib. ABŞ-ın pilotsuz təyyarələri "Əl Qaidə"nin Yəmən qolunun liderlərinin olduğu iki avtomobilə zərbələr endiriblər.
Ölənlər arasında "Əl Qaidə"nin yerli komandirlərindən Əbu Samehin və təşkilatın Yəmən qolunun əsas "maliyyəçisi" Hosam Əz Zincibarinin olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?