Kosovo xalqı son vaxtlar liderlərinin Rusiya dezinformasiyası kimi xarakterizə etdikləri kapmaniyanın qurbanına çevirilib.
Moskva bu ilin əvvəlində "Kosovodan olan muzdlu əsgərlərin Ukraynadakı müharibədə iştirak etdiyini" iddia etsə də, ölkə rəsmiləri bunu Rusiyanın dezinformasiya kampaniyasının bir hissəsi kimi rədd edərək Kosovoda xarici müharibələrdə iştirakın qanunla cəzalandırıldığını bildirib.
"Muzdlular” haqqında iddia tamamilə doğru deyil və bu, Rusiyanın digərləri ilə yanaşı ölkəmizə qarşı apardığı xüsusi müharibənin [dezinformasiya müharibəsinin] bir hissəsidir" - deyə, Kosovo Xarici İşlər Nazirinin müavini Kreşnik Ahmeti bildirib.
Kosovo rəsmiləri deyirlər ki, dezinformasiya kampaniyası Rusiyanın təbliğatına qarşı daha çox iş görməli olduqlarını göstərib.
"Sadəcə Putinin cinayətkar olduğunu bildirmək kifayət deyil. Düşünürəm ki, biz Rusiya ilə mübarizə aparmaq üçün düşünülmüş siyasət qurmalıyıq", Kosovo Siyasət Araşdırmaları və İnkişafı İnstitutundan Lulzim Peçi deyir.
Ekspertlərin fikrincə, təhlükəsizlik tədbirlərinin görülməsi də zəruridir, çünki Kosovo rusiyayönlü Serbiya ilə həmsərhəddir və son aylar iki ölkə arasında gərginlik yüksək həddə olub.
"Biz ayıq-sayıq olmalıyıq və NATO-nun rəhbərlik etdiyi Kosovo Qüvvələri kimi beynəlxalq mexanizmlərə diqqət ayırmalıyıq və Serbiya ilə şimal sərhədində sərhəd nəzarətini artırmalıyıq, çünki onların Kosovoda hər hansı daxili münaqişə yaratmağa cəhd etmək riski hələ də mövcuddur," deyə Kosovo Təhlükəsizlik Araşdırmalar Mərkəzindən Mentor Vrajolli bildirib.
Kosovo prezidenti Vyosa Osmani iyulun sonunda Vaşinqtona səfər edib və Dövlət Katibi Antoni Blinkenlə görüşdən sonra Rusiyanın təsirinə qarşı mübarizədə ABŞ-dan kömək istəyib.
“Biz bu sabitliyi pozan planların qarşısını almaq üçün bundan sonra necə daha ayıq-sayıq olmağı, ABŞ və digər NATO müttəfiqlərimizlə daha çox koordinasiya etməyi daha ətraflı müzakirə etdik,” Kosovo prezidenti Vyosa Osmani deyib.
Kosovo 2008-ci ildə Qərbin dəstəklədiyi, lakin Rusiyanın etirazı ilə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.
Analitiklər deyirlər ki, Ukraynadakı vəziyyətin Balkanlara sıçrama ehtimalı həmişə var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?