Azərbaycan-İran sərhədində baş vermiş insidenti ilə əlaqədar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən “Bu gün”ə verilən məlumatda bildirir ki, hadisə Azərbaycan Respublikasının ərazisində baş verib. Səfirliyin Mətbuat şöbəsinin rəhbəri Seyid Muhəmməd Ayətullahinin açıqlamasında deyilir: “Azərbaycan Respublikasının DSX-nin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi son insident Azərbaycan Respublikasının ərazisində baş vermişdir və qeyd olunan tarixdə İranla Azərbaycan Respublikasının sərhəddində qeyd olunan tarixdə iki ölkənin sərhədçiləri arasında heç bir hadisə baş verməmişdir”. Seyid Muhəmməd Ayətullahi onu da bildirib ki, bu hadisə haqqında heç bir İran rəsmisi fikir bildirməyib və bəzi KİV-lərdə İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri General Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?