Gundemxeber.az » Dünya » Trampdan sənədlərlə bağlı açıqlama - Yenilənib
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı mülkündə axtarışlar zamanı tapılan sənədləri ölkənin Federal Təhqiqat Bürosuna (FTB) könüllü olaraq verməyə hazır olduğunu bildirib.
Siyasətçinin mətbuat xidmətindən qeyd edilib ki, aşkar edilmiş sənədlər məxfilikdən çıxarılıb və axtarış aparıb onları ələ keçirməyə ehtiyac olmayıb.
“Onlar siyasət oynamadan və Mar-a-Lago-ya girmədən istənilən vaxt bunu əldə edə bilərdilər. FTB bu sənədləri təhvil verməsini yalnızca xahiş edə bilərdi”.(Report)
***
ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) agentləri 11 dəst məxfi sənəd ələ keçiriblər. Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.
Qeyd olunur ki, FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən təxminən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydi və əfv sənədini götürüblər. Əfv sənədi isə onun keçmiş müşaviri Rocer Stounun əfvi ilə bağlıdır.
Həmçinin sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu qeyd edilir.
Gundemxeber.az
10-04-2018, 10:41
9-08-2022, 09:51
18-09-2018, 14:00
29-05-2018, 15:50
21-01-2017, 23:41
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?