Gundemxeber.az » Dünya » Milli fəallar Urmiyə gölünün ətrafında insan zənciri yaradaraq etiraz aksiyası keçiriblər
Bir qrup milli fəal Urmiyə gölünün ətrafında insan zənciri yaradaraq, gölün quruması və İran hökuməti tərəfindən onun canlandırması istiqamətində atılan addımların nəticəsiz qalmasına dinc şəkildə etiraz ediblər.
Avqustun 11-də bu vətəndaş aksiyasında iştirak edən milli fəallar əllərində plakatlar tutaraq, Azərbaycanın ekoloji və iqtisadi problemlərinə etirazlarını bildiriblər. Milli fəalların plakatlarına yazılan şüarlar arasında “Urmiyə gölünün quruması dünyada iqlim dəyişikliyinə səbəb olacaq”, “Azərbaycanın müstəmləkəçiliyinə son verəcəyik” və “Burada bir varlıq can çəkişməkdədir” şüarları yer alıb.
Üzərində “Azərbaycanın müstəmləkəçiliyinə son verəcəyik” şüarı yazılmış plakatda Urmiyə gölündə ağır ekoloji durum, Azərbaycan mədənləri və Azərbaycan fəhlələrinim ağır həyat şəraitini əks etdirən şəkillər yer alıb.
Azərbaycanlı milli fəallar rəmzi xarakter daşıyan aksiya zamanı Urmiyə gölünün qurumasının milyonlarla insanın həyatına təsir göstərəcəyini vurğulamaq məqsədilə qurumuş gölün yatağına su şişələri boşaldıb, gölün acınacaqlı vəziyyətini əks etdirən şeirlər söyləyiblər.
Aksiya iştirakçılar İran Azərbaycanında milli fəalların əksər mərasimlərdə oxuduqları “Gənclik Marşi” adı ilə tanınan himni ifa ediblər.
Fəallar həmçinin bu aksiyada bəyanat oxuyaraq, gölün qurumasının ətraf mühitə və milyonlarla insanın həyatına vurduğu fəsadlar və zərərləri qeyd ediblər. Bəyanatda Urmiyə gölünün canlandırılmasının mümkünlüyünə işarə edərək, əməli tədbirlərin görülməsi tələbi səsləndirilib.
İyulun 16-da Urmiyə gölünün acınacaqlı vəziyyəti ilə bağlı dinc etiraz aksiyasına çağırış verildikdən sonra Urmiyə şəhərində mitinq keçirilib, lakin təhlükəsizlik qüvvələri və polis dərhal etirazçıları dağıdıb. İran Azərbaycanının, o cümlədən Təbriz və Ərdəbil şəhər mərkəzlərində çoxlu sayda təhlükəsizlik qüvvələri yerləşdirilməsi nəticəsində hər hansı bir etiraz aksiyası təşkil etmək mümkün olmayıb.
Urmiyə gölündə vəziyyətin ciddi şəkil alması bəzi xəbər agentliklərinin əsas xəbərlərində yer alıb, Mehr xəbər agentliyi isə yazıya “Urmiyə gölünün son nəfəsləri” başlığı verib.
Gundemxeber.az
25-02-2013, 10:30
16-07-2022, 12:26
24-05-2019, 09:33
18-12-2018, 10:38
25-01-2022, 10:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?