GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya və Avropa Birliyi arasında enerji müharibəsi - Qalib kim olacaq?

Rusiya və Avropa Birliyi arasında enerji müharibəsi - Qalib kim olacaq?

Tarix: 15-08-2022, 15:44 Bölmə :Dünya Baxış: 265


Avropanı faktiki olaraq qaz şantajına məruz qoyan və ziyanla çalışan Moskva digər bazarlarda uğradığı zərəri qaytara bilirmi?..

İqtisadçı-ekspert: “Macarıstan, Çexiya və Slovakiyadan başqa digər Avropa ölkələri demək olar ki, Rusiyadan neft almır. Artıq Rusiya neft satışından ziyan görməyə başlayıb”.

“Avropa Birliyinin Rusiyadan qaz asılılığı kifayət qədər ciddi və güclüdür. Avropa Birliyi üçün Rusiyanın qaz asılılığını azaltmaq çox asan məsələ deyil”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya ilə Avropa arasında həm də enerji müharibəsini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna müharibəsi fonunda Rusiya ilə Avropa arasında həm də enerji müharibəsi gedir. Sanksiyalar, qərb treyderlərinin özünüməhdudiyyət və Rusiya tərəfindən enerji şantajına görə neftin qiyməti, depressiv covid qiymətləri ilə müqayisədə, nominal ibarədə 4,5 dəfə artıb.

Xatırladaq ki, 1970-ci illərin iri neft böhranı zamanlarından bəri dünya belə kəskin sıçrayış görməyib.

Lakin tək Avropa qaz qiymətlərində tarixi rekordlar qeydə alınıb. Bu da yəqin “Qazprom”un köməyi ilə olur. Kömürün qiyməti 2022-ci ilin zirvəsinə yaxınlaşmaqdadır, neft isə hələ ki, cari əsrin əsas maliyyə böhranı ərəfəsində real ibarədə çox ucuzdur.

Bu qədər yüksək qiymətlərin nəticələri və Aİ-nin Rusiya tədarüklərinə reaksiyası göz qabağındadır. Əvvəllər Rusiya Avropanın 40 faizədək qaz tələbatını təmin edirdi, 2021-ci covid ilində bu rəqəm bir qədər – 35 faizədək azalmışdısa, hazırda bu, artıq 25 faizdən azdır. Gələn ilin sonuna qədər isə Avropa Birliyi ümumiyyətlə Rusiya qazından imtina edəcəyini açqıalayıb. Rusiya isə Avropaya “Şimal axını 1” marşurutu qazın nəqlini demək olar ki, dayandırıb. Rusiya bununla həm “Şimal axını 2” qaz kəmərinin istismara verilməsini təmin etmək istəyir, həm də qazın qiymətini maksimum səviyəyə çatdıraraq sanksiyaların Rusiyadan daha çox Avropaya ziyan vurmasını nəzərə çatdlraraq avropalıların öz hökümətlərinə qarşı etirazlarına nail olmaq istəyir. Yəni qaz sanksiyalara qarşı hazırda Rusiyanın əlində olan əsas silahdır və Moskva bu silahdan effektli istifadə etmyə can atır.

Bəs bu müharibədə kim daha imkanlı görünür və müharibənin qalibi kim olacaq? Avropanı faktiki olaraq qaz şantajına məruz qoyan və ziyanla çalışan Moskva digər bazarlarda uğradığı zərəri qaytara bilirmi? Xüsusən Rusiyanın neft satışında geriləmə müşahidə olunurmu?

Rusuyanın Avropa Birliyi ilə apardığı enerji müharibəsini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Avropda bu qış çox sərt və soyuq keçəcək. Yəni Avropa Birliyi ölkələrində enerji resurslarının çatışmamazlığı müşahidə olunacaq və Avropa Ukrayna müharibəsini soyuqdan donaraq hiss edəcək”.

Avropa Birliyinin qazla bağlı problemlərinin qaldığını vurğulayan ekspert PİA.az-a bildirib ki, qışa doğru qaz Rusuyanın əlində Avropaya təzyiq üçün kifayət qədər güclü bir şantaj alətinə çevrilə bilər:

“Rusiya uzun illərdir ki, Avropa Birliyinin, Qərbin böyük neft, qaz təhcizatçısıdır. Yəni Avropa Birliyi ölkələrinin 35 faizə yaxınının ümumi qaz təchizatını Rusiyadan asılı idi. Bu göstərici neft istehlakında bir az fərqli idi. Amma hər halda Avropa ölkələri Rusiyadan hər gün təqribən 3 milyon barrelə yaxın neft alırdılar.

İndi Avropa Birliyində neftin əvəzlənməsi daha asandır. Yəni indi Avropa Birliyi ölkələri Rusiyadan alınan nefti azaldırlar. Macarıstan, Çexiya və Slovakiyadan başqa digər Avropa ölkələri demək olar ki, Rusiyadan neft almır. Artıq Rusiya neft satışından ziyan görməyə başlayıb. Rusiya Avropaya sata bilmədiyi nefti Hindistan və Çinə satmağa cəhd edir. Amma onlar da nefti ancaq 30 faizə yaxın endirimlə almağa razılıq verirlər. Məsələn bu gün dünya bazarında neftin qiymətin qiyməti 98 dollardırsa, təqribi hesablamaya görə Hindistan və Çin Rusiyada 65-70 dollara neft alırlar. Buna görə də Rusiyaya neft gəlirləri azalır.

Amma Avropa Birliyinin Rusiyadan qaz asılılığı kifayət qədər ciddi və güclüdür. Avropa Birliyi üçün Rusiyanın qaz asılılığını azaltması da çox asan məsələ deyil. Ən azından bunun üçün beş il vaxt lazımdır. Bu müddətdə yeni infrastruktur qurulmalı, yeni qaz mənbələri tapılmalıdır.

Göründüyü kimi Avropa Birliyinin qazla bağlı problemləri qalır. Qışa doğru qaz Rusiyanın əlində Avropaya təzyiq üçün kifayət qədər güclü bir şantaj alətinə çevrilə bilər. Bunu Avropa Birliyi ölkələri də anlayırlar. Buna görə də obrazlı desək, Avropda bu qış çox sərt və soyuq keçəcək. Yəni Avropa Birliyi ölkələrində enerji resurslarının çatışmamazlığı müşahidə olunacaq və Avropa Ukrayna müharibəsini soyuqdan donaraq hiss edəcək”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

    Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi... ...

    17-11-2017, 10:54

  • 
  • Barrozu: "Rusiyadan yox, Azərbaycandan qaz alacağıq"

    Barrozu: "Rusiyadan yox, Azərbaycandan qaz ...

    27-03-2014, 09:39

  • 
  • Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO

    Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO ...

    2-07-2015, 18:50

  • 
  • Rusiya Avropanı hədələdi - "Qazı kəsəcəyik!"

    Rusiya Avropanı hədələdi - "Qazı ...

    26-09-2014, 15:49

  • 
  • İran neft planını açıqladı

    İran neft planını açıqladı ...

    17-04-2016, 13:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu