İtaliyanın 95 yaşlı məşhur aktrisası Cina Lollobridcida deputat seçilmək iddiasındadı.
"GundemXeber.az" euronews.com saytına istinadən qeyd edir ki, 95 yaşlı aktrisa sentyabrda ölkəsinin parlament seçkilərinə namizədliyini verməyə hazırlaşır.
İtaliyanın "Repubblica" qəzetinin yazdığına görə Cina Lollobridcida "Suveren və xalq İtaliyası" alyansı tərəfindən namizədliyini irəli sürəcək.
95 yaşlı sənətkar "Korryere della sera" qəzetinə müsahibəsində deyib:
"İtaliya pis günlərini yaşayır. Mən ölkəm üçün nəsə yaxşılıq etmək istəyirəm"
Aktrisa Cina Lollobridcida 20 il əvvəl də parlament seçkilərində iştirak etməsinə rəğmən uduzmuşdu. Xanım bu barədə də danışıb:
"Bu təcrübə oldu. Həyatda həm uduzmaq, həm də qalib gəlmək olar. Nə qədər ki, enerjim var, onu yaxşı işlərə sərf edəcəm"
Onu da qeyd edək ki, baş nazir Mario Dragi istefa verdikdən sonra İtaliya prezidenti Serdco Mattarella parlamenti buraxması haqqında sərəncam verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?