İtaliya prezidenti Serco Mattarella xarici işlər naziri Paolo Centiloniyə yeni hökumətə rəhbərlik etməyi təklif edib.
P. Centiloniyə parlamentdəki çoxluğu nəzərə alaraq, yeni hökuməti formalaşdırmaq tapşırılıb.
P. Centiloni təklifi qəbul edib.
Qeyd edək ki, İtaliyanın baş naziri Matteo Rentsi Konstitusiya islahatları ilə bağlı dekabrın 4-də keçirilmiş referendumda Konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilmədiyi üçün istefa verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?