Pentaqonun cümə axşamı bildirdiyinə görə, son 24 saat ərzində ABŞ-ın Suriyanın şimal-şərqindəki bir neçə bölgəyə endirdiyi zərbələr nəticəsində “İranla əlaqəli azı üç militant” öldürülüb.
Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin generalı Pat Rayder jurnalistlərə açıqlamasında deyib ki, ABŞ ilk zərbəni çərşənbə günü ABŞ-ın dəstək missiyasına qarşı iki raket hücumuna cavab idi. Orada üç ABŞ hərbi qulluqçusu yüngül xəsarətlər alıb. ABŞ-ın ilkin qiymətləndirməsinə həyata keçirilən cavab zərbələri nəticəsində 2 ya 3 militant öldürülüb.
Rayderin dediyinə görə, bir neçə saat sonra Amerika qüvvələrinə raket atmağa cəhd edən İranın dəstəklədiyi silahlılara qarşı “ardıcıl özünümüdafiə" zərbələri endirilib və bir militant öldürülüb.
“ABŞ hərbçilər bizim ordumuza qarşı istənilən hücuma adekvat və mütənasib şəkildə cavab verəcək və xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək” - deyə, Rayder bildirib.
Pentaqonun məlumatına görə, ABŞ hücum zamanı döyüş helikopterləri ilə yanaşı, M777 artilleriyasından istifadə edib və nəticədə 10 raket buraxılış qurğusunu məhv edib.
Çərşənbə axşamı ABŞ Suriyanın şərqində hava hücumları həyata keçirərək, İran İnqilab Keşikçiləri Korpusuna bağlı dəstələrin istifadə etdiyi silah-sursat anbarı və digər obyektləri hədəf aldığını bildirib.
İran çərşənbə günü hər hansı bir dəstə ilə əlaqəsi olduğunu rədd edib.
İran qüvvələri Suriyada vətəndaş müharibəsi zamanı prezident Bəşər Əsəd qüvvələrini dəstəkləyib.
ABŞ-ın Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə birlikdə İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparan 900-ə yaxın əsgəri var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?