Rusiyada ötən sutka ərzində koronavirusa 46 452 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı yayıb. Məlumata görə, bu, martın 12-dən bu yana rekord yoluxma hesab olunur. Bununla yanaşı, son sutka ərzində koronavirusdan 81 ölüm qeydə alınıb ki, bu da, iyunun 4-dən maksimum say hesab edilir. Qeyd edək ki, Rusiyada pandemiya dövründə koronavirusa ümumilikdə 19 311 973 yoluxma qeydə alınıb, 383 910 nəfər dünyasını dəyişib.
Sorğu
Yeni dizaynımız necədir?