Gundemxeber.az » Dünya » Paşinyanı aradan götürmək mümkün olacaqmı? - Sarkisyanın son bəyanatı nəyə hesablanıb?
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Qarabağdakı separatçıları Paşinyanı devirməyə çağırıb. O, qeyd edib ki, Ermənistanın gələcəyi üçün Paşinyanı aradan götürmək lazımdır:
“Bu, erməni xalqı üçün böyük hədiyyə olacaq. Bu gün "Artsax"da (red-Qarabağ) illər əvvəl olduğu kimi ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil. İndi bizim üçün matəm günüdür. Hələ müstəqilliyimiz də təhlükə altındadır. Müstəqil və ləyaqətlə yaşayan xalqımız artıq yoxdur. Sülhsevər hakimiyyət Ermənistanda evlərinin qapılarını Azərbaycana açıb. Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici olacaq. Nikol Paşinyanı aradan çıxarmaq xalq üçün əsas hədiyyə ola bilər. İndi biz bunun üçün birləşməliyik”.
Eks-prezidentin dedikləri ilə bağlı Sfera.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, əslində Sarkisyanı başa düşmək olar, çünki o, devrilib və bir növ revanş götürmək istəyir:
“Sarkiysan seçkilərdə elə bir şəxsə məğlub oldu ki, həmin şəxs Qarabağda 44 günlük müharibədəki çöküşdən sonra belə Sarkisyana qalib gəldi. Niyə Qarabağdakı separatçılara müraciət ünvanlayır? Sosial gücü və bazası varsa, bunu İrəvanda da həyata keçirə bilər.
Sarkisyan erməni xalqında nə kimi gələcək buraxdı ki, indi xalqın gələcəyi barədə açıqlama verir? 30 il ərzində xalqını çətinliklərə düçar elədi, işğal rejimini uzatdı və sonda gətirib məğlubiyyətə çıxaracaq bir durum yaratdı. Bu dönəm müddətində ermənilərin həyata keçirdiyi siyasət dağıdıcılığa xidmət elədi. Sözün əsl mənasında müxtəlif fondlar vasitəsilə Ermənistan dünyada dilənçiliklə məşğul olmağa başladı. Ona görə də Sarkisyanın nə siyasətçi kimi ciddi keçmişi, nə də sosial bazası var. Onun məqsədi anti-Paşinyan cəbhəsində yer almaq və separatçıları Paşinyan əleyhinə qoymaqdır. Lakin belə etməklə istədiyinə nail ola bilməyəcək. Çünki bunun üçün heç bir sosial bazası və imkanları yoxdur”.
Gundemxeber.az
19-06-2018, 19:45
19-09-2018, 13:46
9-01-2021, 17:04
13-09-2018, 15:55
24-10-2019, 14:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?