Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə silah satışı Ermənistanın baş naziri Nikol Paşinyanı narahat edir.
Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanda bütün siyasi qüvvələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin, xüsusilə Rusiyanın Azərbaycanla silah satışına qarşı olduğunu bildirib.
“Ermənistanda bütün siyasi güclər bu məsələdə həmfikirdir, hətta mövqelərimizi dəqiqləşdirməyə ehtiyac yoxdur”, - deyə o bildirib. Paşinyan Azərbaycanın dialoqa müsbət baxmadığını iddia etsə də, Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan proseslər, eləcə də həmsədr dövlətlər də daxil olmaqla beynəlxalq ictimaiyyət sülh razılaşmasının məhz işğalçı ölkəyə görə əldə edilmədiyində həmrəydirlər və dəfələrlə bu barədə bəyanatlar verilib. Göründüyü kimi, Ermənistanın baş nazirinin ziddiyyətli bəyanatları davam edir.//Publika
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?