Gundemxeber.az » Dünya » “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək istəyir” - Moiseyevdən ŞOK İDDİA
“Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək istəyir”.
Gundemxeber.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın məşhur ictimai-siyasi nəşri “Svobodnaya pressa” köşə yazarı İqor Moiseyevin Ruben Vardanyan haqqında “Rubik kubu” adlı məqaləsini dərc edib.
Nəşr məşhur rusiyalı bankir, investor və milyarder Ruben Vardanyanın Qarabağa köçməsini bir növ “zəlzələ” kimi qiymətləndirib.
Xatırladaq ki, xəbər verdiyimiz kimi, erməni əsilli məşhur rusiyalı iş adamı Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yaşamağa gedib.
“Svobodnaya pressa” ümumi qəbul olunmuş versiyanı diqqətə çatdırır: Vardanyan Ermənistanın Baş naziri kürsüsünə gəlməyi Qarabağdan başlamağı planlaşdırır.
“Ermənistanda tamamilə anti-Rusiya mövqeyində olan Paşinyan hakimiyyətə gələndə Vardanyan Ermənistan və Rusiyanın siyasi meydanında görünmür və eşidilmirdi. Və o, Marqarita Simonyan, Karen Şahnazarov, Semyon Baqdasarov və erməni diasporunun digər tanınmış simalarından fərqli olaraq, Paşinyanın anti-Rusiya siyasətinə münasibət bildirməyib.
Vardanyan böyük siyasətdə iştirak üçün ilk real müraciətini Qarabağ müharibəsi zamanı edib. Orada vəziyyət çıxılmaz idi. Azərbaycan ordusu bütün cəbhələrdə Qarabağa qalib gəldi. Daha sonra Ruben Karlenoviç Putinə açıq məktubla müraciət edərək, Ermənistanın maraqlarını qorumaq üçün Rusiya ordusunun göndərilməsini istəyib
Üstəlik, o, bu mövqeyi dəstəkləmək üçün bir dənə də olsun sağlam arqument gətirməyib.
Ruben Vardanyan o vaxt Qarabağ haqda düşünmürdü. Əks halda, o, daha bir məktub yazardı – “ümumbəşəri dəyərlər” haqqında sadələşdirilmiş ifadələrlə yox. Məsələn, çox əzabkeş xalqını xilas etməyi xahiş edərdi və ya buna bənzər bir şey.
Bu gözlənilməz jest onun bir çox həmkarını şoka salıb. Xarakterik olan odur ki, Rusiyada yaşayan erməni diasporunun nümayəndələrinin heç biri Vardanyanın əməlində qınaq obyekti görməyib. Görünür, kiçik vətən sevgisi ümumi geosiyasi dünyagörüşünə kölgə salır, strateji proqnozlar verməyi mümkünsüz edir.
Qanın səsi sağlam düşüncədən güclüdür. Bəs minnətdarlıq? Kimə? Rusiyaya? Yox, eşitməmişik…
Vardanyana hər şeyi verən Rusiyadan qaçış qəhrəmanlıq kimi təqdim olunur. Əminəm ki, indi çoxları Vardanyanın yolu ilə gedəcək.
Növbə kimindir? Başqa kim Rusiyadan hiyləgərcəsinə qaçıb eyni vaxtda xaricdəki aktivlərini saxlaya bilər? Bütün sevgi budur. Vətənə də, pula da.
Üstəlik, rus əsgərləri Qarabağ xalqını qorumaqda davam edir. Ruben Karloviç özü də videomüraciətində onlara minnətdarlığını etiraf edir. Hansı ki, bu, onun Fransada Ermənistanla Azərbaycan arasında danışıqlara başlamasına heç də mane olmur. Bu, Rusiyanın Zaqafqaziyada maraqlarına obyektiv zərər vurur.
Lakin fransızlar bankirin can atdığı sülhməramlıları gündəmə gətirsə və öz hərbi kontingentini Qarabağa göndərsələr, iş istər-istəməz Kabildəki amerikalılarla eyni olacaq”, – deyə Moiseyev yazıb.
21-10-2020, 14:44
25-02-2021, 12:39
7-10-2013, 15:02
18-07-2018, 13:47
1-07-2013, 18:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?