GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukrayna taxılını daşıyan gəmilər hara gedir?

Ukrayna taxılını daşıyan gəmilər hara gedir?

Tarix: 6-09-2022, 15:03 Bölmə :Dünya Baxış: 230

Ukrayna taxılını daşıyan gəmilər hara gedir?


BMT-nin baş katibi Rusiya ilə Ukrayna arasında sonuncunun taxılının ixracına dair razılaşmanı "bütün dünya üçün razılaşma" adlandırıb.İyulun 22-də İstanbulda çıxış edən Antonio Guterres Qara Dəniz Taxıl Təşəbbüsünün "aclıq astanasında olan ən həssas insanlara" kömək edəcəyini söyləmişdi.

İyul ayında Rusiya və Ukrayna ilə aparılan danışıqlara əsasən, müharibə başlayandan bəri ilk dəfə olaraq çox ehtiyac duyulan Ukrayna ərzaqlarını daşıyan gəmilərin ölkənin Qara dəniz limanlarını tərk etməsinə icazə verilib.

Bir ay sonra 50-dən çox gəmi Ukrayna limanlarını tərk edərək, 1,2 milyon tondan çox taxıl və digər ərzaq məhsullarının ixracına başladı.

Yaxınlıqda davam edən müharibə hələlik ixrac əməliyyatlarına təsir etməyib və getdikcə ixrac əməliyyatlarında daha çox gəmi iştirak etməyə başlayıb.


Bəs, bu ərzaq hara gedir?


BMT bu razılaşmanın milyonlarla insanın aclıqdan ölməsinin qarşısını almaq üçün lazım olduğunu müdafiə etmişdi. Lakin indiyədək onun humanitar aspekti çox zəif olaraq qalır.

Ümumdünya Ərzaq Proqramının (WFP) ilk ərzaq yardım gəmisi təyinat yerinə yenicə çatıb.

"Brave Commander" adlı yükdaşıyıcısı Efiopiyanın cənubundakı yoxsul icmalar üçün nəzərdə tutulmuş 23 min ton buğda daşıyır. Gəmi avqustun 16-da Ukraynanın Yujnı limanını tərk edib və Cibutiyə təzəcə yanaşıb.

WFP-nın dəstəyi ilə ikinci gəmi ehtiyac içində olan Yəmənə 37 min ton buğda çatdırmaq üçün yüklənib və hazırdır.Agentlik rəsmiləri ümid edir ki, bu fəaliyyət bundan sonra da davam edəcək.

Ancaq bu, çox azdır. 2021-ci ildə WFP bütün dünyaya 4,4 milyon ton ərzaq yardımı paylayıb. Onların üçdə ikisi Ukraynadan gəlib.

BMT rəsmiləri başlanğıc üçün bunun zəif olduğunu etiraf edirlər, lakin vəziyyətə daha geniş baxış təklif edirlər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının yüksək rütbəli rəsmisi Greg Barrow deyir ki, "Bizim bu etdiyimizlə limanların ümumi açılışı və bazarı qeyri-adi miqdarda taxılla doldurmaqla qarışdırmayın".

Ukrayna taxılının beynəlxalq bazara qaytarılması təbii ki, dünyaya xeyli rahatlıq gətirdi.İrlandiyanın heyvan yemi üçün taxıl idxalçısı olan R&H Hall-un kommersiya direktoru John Bergin Bunu "İrlandiya kənd təsərrüfatı üçün yaxşı xəbər" adlandırır.

Bu yaxınlarda göyərtəsində 33 min ton qarğıdalı ilə İrlandiyanın qərb sahilindəki Foynes limanına gələn Navi Star burada maraqla gözlənilirdi.

Fevralın 24-də Rusiya işğalının başladığı gün gəmiyə Ukraynada yük vurulurdu. "Müharibə başlayanda səhər bu gəmidə 28 min ton yük var idi" deyə Bergin xatırlayır: "Bizim təchizatçımız gəmini heç vaxt dənizə çıxarmadı. Sonra liman minalandı və hər şey olduğu kimi qaldı".

Ukraynadan ərzaq ixracı adətən dekabr-aprel ayları arasında pik həddə çatır. Müharibə onu demək olar ki, heçə endirdi. Koronavirus pandemiyası və digər ölkələrdə quraqlıq səbəbindən onsuz da yüksələn taxılın qiymətləri kəskin şəkildə artsa da, son vaxtlar yenidən ucuzlaşıb.

"Münaqişədən əvvəl orta ixrac qiymətləri təxminən 30-40 faiz yüksək idi, - Beynəlxalq Taxıl Şurasının baş iqtisadçısı Aleksandr Karavaytsev deyir. "İndi onlar yalnız 8 faiz yüksəkdir, ona görə də deyə bilərik ki, qiymət əhəmiyyətli dərəcədə aşağı düşüb".

Qiymətlərin azalmasının bir hissəsi şimal yarımkürəsində məhsul yığdıqca mövsümi amillərlə bağlıdır, lakin dünyanın ən böyük taxıl istehsalçılarından birindən tədarükün açılmasına psixoloji reaksiya kiçik məsələ deyil. "Bu, bazara müəyyən sabitlik verir", Bergin deyib.

Taxıl anbarları boş olduğu üçün əvvəllər limanda tutulan gəmilər dənizə çıxır, beləliklə də sənaye mənbələri ümid edir ki, vəziyyət yaxşılaşmağa davam edəcək.

"Kənd təsərrüfatı mallarının axınının davam edəcəyinə dair optimizm artır", - Ukraynada taxıl və yağlı bitkilər ixracatında əhəmiyyətli payı olan olan "Viterra"nın sözçüsü deyir: "Gəmi sahibləri keçidlər hələ də təhlükəsiz olarsa, Ukrayna limanlarına girməyə hazırdırlar".


Bəs, yoxsa?


İstanbulda iyul ayında əldə edilmiş razılaşmaya baxmayaraq, gəmilərin icarə haqqı hələ də müharibədən əvvəlki qiymətdən təxminən iki dəfə bahadır - gəmi sahibləri gəmilərin döyüş bölgəsinə göndərilməsi ilə bağlı potensial təhlükələrdən narahatdırlar.

Bu narahatlıq güman ki, Ukraynanın dağılmış iqtisadiyyatını bərpasına yardım etməsi üçün lazım olan məbləğdə ixrac gəlirləri əldə etməsinə mane olacaq.

"Ukraynalılar ayda 5 milyon ton ixrac etmək istəyirlər", - Lloyd's List-in məlumat təhlilçisi Brigitte Diakun deyir: "Bu, olduqca iddialı bir ssenaridir".

Hələlik çoxu türk olan kiçik gəmiçilik şirkətləri riskə getməyə hazır görünür. Lakin bir çox böyük qlobal oyunçular hələ də gözləməyi seçib.

Lloyd's List-in baş bazar müxbiri Nidaa Bakhsh deyir: "Onlar gəmi təhlükəsizliyini və ekipajın təhlükəsizliyini əsas prioritet etmək istəyirlər.Üstəlik onlar gəmilərin və ekipajların təhlükəsiz olacağına zəmanət verə bilməzlər".

Vaxt gedir. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş cəmi 120 gün müddətinə qüvvədədir. Prinsipcə, noyabrın ortalarında bu müddət uzadıla bilər - ancaq Ukrayna və Rusiyanın qarşılıqlı razılığı ilə.

Birləşmiş Millətlər Təşkilatı razılaşmanın müvəffəqiyyətinə bu qədər əhəmiyyət verərkən, onun cəmi dörd ay ərzində ləğvi fəlakətli olar.

"Bu bazar yenidən bağlanarsa, dünya çətin anlar yaşayacaq", - WFP-dən Greg Barrow deyir.

Taxıl əməliyyatları üzrə anlaşmalar adətən 18 aydan - iki ilə qədər əvvəldən bağlanır. 2023-24-cü illərdə Ukrayna iqtisadiyyatının vəziyyətini heç kim proqnozlaşdıra bilmədiyi üçün bu inam səviyyəsinin geri qayıtması üçün vaxt lazımdır.

Yeri gəlmişkən, avqustun əvvəlində Ukraynadan kameralar və alqışlar altında çıxan ilk gəmi "Razoni"yə nə oldu?

BMT-nin yoxlama siyahısında gəminin təyinatı hələ də "TBD"dir (müəyyən olunacaq). Başqa sözlə, gəmidəki 26 min ton qarğıdalı heç vaxt gəminin istiqamət götürmüş olduğu Tripoliyə çatmayıb.

Alıcı, görünür, keyfiyyət problemlərini əsas gətirərək, sövdələşməkdən imtina etdikdə, Razoni transponderi söndürməklə hərəkəti Aralıq dənizinin şərqində davam etdirdi - yəni marşrutunun izlənilməsini açıq şəkildə istəmədi.

Nəticədə o, yükün böyük hissəsini Suriyanın Tartus limanında boşaldıb.

Suriyaya ərzaq çatdırılmasında qeyri-qanuni heç nə yoxdur və gəminin marşrutunun dəyişdirilməsində qeyri-adi heç nə yoxdur. 

Lakin Razoninin gizli səyahəti açıq şəkildə göstərir ki, taxıl ticarəti dünyasında müəyyən bir göndərişin hara bitəcəyinə heç də həmişə əmin olmaq mümkün deyil.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Ukraynanın buğda ixracı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu deyir

    Türkiyə Ukraynanın buğda ixracı ilə bağlı ...

    15-07-2022, 10:05

  • 
  • BMT-nin Baş katibi Ukraynada Zelenski və Ərdoğanla görüşəcək

    BMT-nin Baş katibi Ukraynada Zelenski və ...

    18-08-2022, 11:12

  • 
  • Ukrayna taxılını qlobal bazarlara çıxarmaq üçün razılıq imzalanıb

    Ukrayna taxılını qlobal bazarlara çıxarmaq üçün ...

    23-07-2022, 11:30

  • 
  • Zelenskinin Quttereş və Ərdoğanla görüşü baş tutub

    Zelenskinin Quttereş və Ərdoğanla görüşü baş tutub ...

    19-08-2022, 10:22

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu