Gundemxeber.az » Dünya » Azərbaycan Ordusu darmadağın edir... – Türk general
Ermənistan dünən axşam təxribat törədərək beynəlxalq miqyaslı cinayət işlədib. İrəvanın son bir ayda bölgəyə hərbi silah-sursat və texnika yığması əvvəlcədən və şüurlu şəkildə təxribat törətməyə hazırlaşdığını sübut edir.
Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Türkiyənin hər zaman və bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb:
“Baş nazir Paşinyan Putinə, Makrona, Rəisiyə, Blinkenə, beynəlxalq və regional təşkilatlara müraciət edərək, dünyada Azərbaycanı çətin vəziyyətə salmağa cəhd edir. Məqsəd isə öhdəliklərdən boyun qaçırmaq, Azərbaycanı qlobal səviyyədə təkləmək və beynəlxalq hüquq baxımından cinayətkar kimi göstərmək, bölgədəki iqtisadi inkişafın, daxildə baş verə biləcək üsyanların qarşısını almaqla özünün vəziyyətini yaxşılaşdırmaqdır. Ancaq Ermənistan Vətən müharibəsindəki kimi, rəzil oldu, qəhrəman Azərbaycan Ordusu təxribatların qarşısını alaraq düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdi. Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, bizim üçün Ankara nədirsə, Laçın, Kəlbəcər, Bakı da odur. Azərbaycana edilən təcavüz Türkiyəyə edilmiş təcavüzdür. Bu gün cənab Çavuşoğlu, İbrahim Kalın və digər dövlət rəsmiləri qardaş Azərbaycana öz dəstəyini ifadə etdi. Ona görə Ermənistan ağlını başına yığmalıdır. İrəvan bilməlidir ki, Türkiyənin və Bakının səbri, xoş niyyəti, sülhün və sabitliyin təmin olunması üçün atdığı və atacağı addımların bir sonu var, törətdikləri təxribatların heç kimə xeyri yoxdur. Türkiyə hazırda səngərdə əli tətikdə Vətənin keşiyini çəkən Şanlı Azərbaycan Ordusunun yanındadır. Allah Azərbaycan Ordusunu qorusun, onu daim qalib etsin”./axar.az/
14-08-2013, 11:53
5-04-2016, 13:45
27-10-2015, 19:54
2-04-2016, 13:41
10-08-2017, 11:51
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?