Gundemxeber.az » Dünya » Ağ Ev Bakı ilə münasibətlərini gərginləşdirir... - NƏ ETMƏLİ?
Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan sonra ABŞ senatorları Bayden Administrasiyasına təzyiqləri artırıblar.
Gundemxeber.Az xəbər verir ki, məlumatı “Turan”ın Vaşinqtondakı müxbiri yayıb.
O bildirib ki, Bayden Administrasiyası Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığa görə təzyiqlə üzləşib.
Prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru sentyabrın 21-də Dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər.
Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığını sorğulayıblar:
“Həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər”.
Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.
Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir.
Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib.
Gundemxeber.Az
16-04-2021, 11:38
4-05-2021, 12:33
9-04-2021, 10:11
29-04-2021, 09:57
6-05-2021, 09:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?