Rusiyadan çıxarılan pullar əsasən BƏƏ və Azərbaycana göndərilir.
Ural Gömrük İdarəsi bu ilin əvvəllindən gömrükdə baş verən qayda pozuntuları ilə bağlı məlumat yayıb. Belə ki, qanun pozuntularının üçdə biri Avrasiya İqtisadi Birliyinin gömrük ərazisinə malların idxalına qoyulan qadağalara və məhdudiyyətlərə əməl edilməməsi ilə bağlıdır. Məlumatda bildirilib ki, bu günə kimi 191 inzibati xəta işi tərtib edilib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. “Ölkədən çıxarılan ən populyar valyuta məhz ABŞ dollarıdır. Həmin pullar isə BƏƏ və Azərbaycana göndərilir”, - məlumatda qeyd olunub. Xatırladaq ki, Rusiyada qismən səfərbərlik qərarının verilməsindən sonra 300 min nəfər orduya çağırıldı. Nəzərə almaq lazımdır ki, orada Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlılar da yaşayır. Bu isə o deməkdir ki, həmyerlilərimiz də müharibəyə göndərilə bilər. Belə olan halda isə Rusiyadan Azərbaycana köçürülən pullarda azalmanın ola biləcəyi ehtimal olunur.
Ümumiyyətlə, bu, və ya digər səbəblərə görə Rusiyadakı həmyerlilərimizin Azərbaycana göndərdiyi pulların miqdarında azalma ola bilər? Gundemxeber.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, Rusiyadan Azərbaycana köçürülən pullarda azalma olmayacaq: “Ola bilsin ki, hansısa aylar ərzində ölkəmizə göndərilən pullarda azalma baş versin. Lakin bütövlükdə Rusiyadan Azərbaycana olan pul köçürmələrində kəskin şəkildə artım gözləyə bilərik. Həmçinin, ölkəmizə investisiyaların daxil olmasında da artım gözlənilə bilər. Rusiya tədricən Avropa və Qərb ölkələri ilə münasibətlərini kəskin şəkildə azaldır. Faktiki olaraq, Rusiya kimi nəhəng dövlətin bizimlə iqtisadi əməkdaşlığının qurulması böyük imkanlar deməkdir. Biz bir tərəfdən Rusiya bazarına daha rahat çıxış əldə edə biləcəyik. Digər tərəfdən isə Rusiyaya investisiya yatıran nəhəng şirklətlərin Azərbaycana gəlməyini təmin edə bilərik. Çünki Azərbaycan vasitəsilə yeni satış və ixrac bazarları əldə oluna bilər. Ona görə də sözügedən pul köçürmələrində hansısa ciddi azalmanın olacağını gözləmirəm”. “Ola bilsin ki, hansısa aylar ərzində ölkəmizə göndərilən pullarda azalma baş versin. Lakin bütövlükdə Rusiyadan Azərbaycana olan pul köçürmələrində kəskin şəkildə artım gözləyə bilərik. Həmçinin, ölkəmizə investisiyaların daxil olmasında da artım gözlənilə bilər. Rusiya tədricən Avropa və Qərb ölkələri ilə münasibətlərini kəskin şəkildə azaldır. Faktiki olaraq, Rusiya kimi nəhəng dövlətin bizimlə iqtisadi əməkdaşlığının qurulması böyük imkanlar deməkdir. Biz bir tərəfdən Rusiya bazarına daha rahat çıxış əldə edə biləcəyik. Digər tərəfdən isə Rusiyaya investisiya yatıran nəhəng şirklətlərin Azərbaycana gəlməyini təmin edə bilərik. Çünki Azərbaycan vasitəsilə yeni satış və ixrac bazarları əldə oluna bilər. Ona görə də sözügedən pul köçürmələrində hansısa ciddi azalmanın olacağını gözləmirəm”. Ekspert əlavə edib ki, Rusiya vətəndaşı olan həmyerlilərimizin səfərbərliyə çağırılması da oradan Azərbaycana pul göndərilməsinə mənfi təsir etməyəcək: “Yəni hər hansı ölkədə səfərbərlik elan olunsa, həmin ölkədə yaşayan və vətəndaşlığı olan şəxslər millətindən asılı olmayaraq orduya çağırılacaq. Burada təəccüblü və gözlənilməz heç nə yoxdur. Yəni həmin ölkədə yaşayırsan və pul qazanırsansa, o ölkəni də müdafiə etməlisən. Onlar bizim soydaşlarımız olsa da, faktiki olaraq Rusiya vətəndaşıdırlar. Amma nəzərə almaq lazımdır ki, Rusiyada səfərbərliyə cəlb olunan insanların iş yerinin saxlanılması ilə bağlı məsələ var. Həmin insanların kifayət qədər genişmiqyaslı sosial paketi olacaq. Müharibədə döyüşən insanların sosial müdafiəsi ilə bağlı addımlar atılacağı üçün onların gəlirlərində azalma gözlənilmir. Yəni onların gəlirləri azalmadığı üçün Azərbaycana göndərdikləri vəsaitdə də azalma olmayacaq. Hətta sosial ödənişləri çox olacağı üçün ölkəmizə köçürəcəyi vəsaitlərin də həcmi artacaq”.
Sorğu
Yeni dizaynımız necədir?