Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır.
“Ancaq vəziyyət dəyişdikcə, şərtlər də dəyişir, biz bu barədə dəfələrlə danışmışıq. Amma ümumilikdə prinsip, xüsusi hərbi əməliyyatın bütün məqsədləri dəyişməz olaraq qalır. Belə olan halda, Putinlə Ərdoğanın danışıqlarında Ukrayna tərəfinin danışıqlar yolundan tamamilə çıxdığı, ona görə də xüsusi hərbi əməliyyatın davam etdiyi bildirilib”, - Peskov deyib. Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin, eləcə də Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?