GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan-Paşinyan görüşündən nələr gözlənilir: Nəzərlər Praqada - AKTUAL

Ərdoğan-Paşinyan görüşündən nələr gözlənilir: Nəzərlər Praqada - AKTUAL

Tarix: 5-10-2022, 14:45 Bölmə :Dünya Baxış: 243


Oktyabrın 6-da Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. İddialara görə, Ərdoğan Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir. Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Ermənistan dəfələrlə təxribatlar yaradaraq üzərinə götürdüyü öhdəlikləri pozsa da, rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən başqa çıxış yolu qalmayıb.

Bəzi ekspertlər hesab edirlər ki, Ərdoğanla Paşinyan arasında görüş münasibətlərin inkişafında yeni mərhələ olacaq. Lakin bu təmasın sıradan bir təmas olacağını və ciddi nəticələrə gətirib çıxarmayacağını da iddia edənlər var.
Gundemxeber.az-ın məlumatına görə, Ərdoğanın Paşinyanla gözlənilən görüşünü AYNA-ya şərh edən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib ki, Ermənistan təxribatçı siyasətindən əl çəkməli olacaq: “Uzun illər erməni əhalisini “qalib ölkə”, “böyük Ermənistan” kimi mənasız iddialarla nəzarətdə saxlayıblar. Lakin 44 günlük müharibədə Ermənistan ağır məğlubiyyətə uğradı, torpaqlarımız düşmən tapdağından azad olundu. Baxmayaraq ki, Paşinyan məğlub dövlətin başçısı idi, onun partiyası növbədənkənar seçkilərdə yenidən etimad qazandı. Ermənistan ictimaiyyəti revanşistlərə dəstək vermədi və bununla da sülhdən yana olduğunu nümayiş etdirdi”.

“Sülh sazişinin imzalanması, regional sabitliyin təmin olunması Ermənistanın daxilindən gələn sosial sifarişdir və Paşinyan bunu həyata keçirməlidir. Bunu etməsə, həm daxildə dəstəyini itirəcək, həm də qarşısında yenidən Azəraycanı görəcək”, - deyə deputat söyləyib.

Mollazadənin sözlərinə görə, Paşinyanla Ərdoğanın görüşü münasibətlərin inkişafı istiqamətində atılan növbəti addımdır: “Türkiyə açıq şəkildə mövqeyini ifadə edib ki, Ermənistan işğalçı siyasətindən əl çəkərsə, Azərbaycanla münasibətləri bərpa edib, sülh sazişi imzalayarsa, eləcə də saxta “soyqırımı” iddialarını dövlət siyasətinə çevirməzsə, bu halda münasibətlərin bərpası istiqamətində heç bir maneə qalmayacaq. Bununla da regional sabitlik tam mənada təmin olunacaq. Bu, Ermənistanın özünə də lazımdır. Bu yolla həm regional layihələrə çıxış imkanları əldə edəcək, iqtisadi inkişafa yol açacaq, həm də barışığa nail olacaqlar. Hesab edirəm ki, Paşinyan iqtidarı bu fürsəti qiymətləndirməli və öz işğalçı siyasətindən imtina etdiyini bəyan etməlidir”.

DİA.AZ-ın məlumatına görə, Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, Ermənistanın ətrafında geosiyasi reallılqar getdikcə daralır: “Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyanın və Robert Köçəryanın son bəyanataları da bunu deməyə əsas verir. Öz imkanları ilə üst-üstə düşməyən iddialarla çıxış edən erməni şovinizmi və faşizminin çarəsiz duruma düşdüyünü müşahidə edirik. Ermənistanın yeganə xilas yolu Azərbaycanla və Türkiyə ilə münasibətləri bərpa etməkdən və sülh sazişi imzalamaqdan keçir. Bunu hətta obyektiv erməni siyasətçiləri də etiraf edirlər. Bundan kənarda heç bir yol yoxdur”.

“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, bu xüsusda geriləməsi, Qərblə total konfrantasiya şəraitində olması rəsmi İrəvanı yeni himayəçilər axtarışına sövq edib. Bu, əslində onların xislətidir. Deyək ki, Ermənistan Rusiyadan Qərbə doğru üzünü çevirdi. Amma burada bir məqam var ki, Türkiyə olmadan Qərbə inteqrasiya mümkün deyil. Coğrafi şərait də buna imkan vermir. Ermənistanın Qərbə açılan pəncərəsi Türkiyədən keçir. Yalnız bu yolla Avropaya çıxış imkanı qazana bilərlər”, - deyə həmsöhbətimiz vurğulayıb.

TİAM sədrinin fikrincə, Paşinyan Türkiyənin rolunu dərk edir və onunla hesablaşmaqdan başqa yolu yoxdur: “Cənab Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, Türkiyənin Ermənistan məsələsində “qırmızı xətti” Azərbaycanla bağlıdır. Yəni, Ermənistan Azərbaycanla sül sazişi imzalayarsa, işğalçı və təxribatçı əməllərindən əl çəkərsə, o zaman regionda sabitlik tam mənada bərqərar olacaq. Çünki Türkiyənin bununla bağlı aydın mövqeyi var. Bunlar kompleks məsələlərdir və rəsmi İrəvan bunu nəzərə almalıdır”.

“Praqada keçiriləcək bu görüşdə əsas müzakirələr də bununla bağlı olacaq. Paşinyan özü də Ərdoğanla görüşmək niyyətini bəyan edib. Türkiyənin marağı ondan ibarətdir ki, Ermənistanı rasional siyasət yürütməyə dəvət etsin. Yalnız bu yolla regional sülhü təmin etmək mümkündür. Ermənistan revanşist meyllərindən, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən imtina edərsə, bu, münasibətlərin inkişafında yeni məhələ olacaq”, - deyə Nüsrətoğlu qeyd edib.

Əlavə edib ki, diplomatik münasibətlərin bərpa edilməsi bu görüşün əsas müzakirə predmeti olacaq: “Ermənistan həmçinin qondarma “soyqırımı” siyasətindən imtina etməlidir. Hansı ki, bunu rəsmi olaraq dövlət siyasətinə çeviriblər. Yəqin ki, bu məsələlər görüşdə əsas müzakirə mövzusu olacaq”.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan və Putinin görüş tarixi açıqlanıb

    Ərdoğan və Putinin görüş tarixi açıqlanıb ...

    14-09-2018, 14:44

  • 
  • Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”

    Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə ...

    25-02-2020, 11:00

  • 
  • “Ərdoğan cavab verməlidir...” – Paşinyandan Türkiyə AÇIQLAMASI

    “Ərdoğan cavab verməlidir...” – Paşinyandan ...

    26-04-2019, 23:59

  • 
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayıb

    Türkiyə və Rusiya prezidentləri arasında görüş ...

    17-09-2018, 16:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu