Gundemxeber.az » Dünya » Samvel Babayan Xankəndində başından böyük danışdı və Azərbaycana meydan oxudu... - Onu Azərbaycana buraxandadır günah...
Ermənistanın “Vahid Vətən” partiyasının "lideri" Samvel Babayan Xankəndində bir qrup vətəndaşla görüşüb.
Seperatçı reimin resursları xəbər verir ki, Samvel Babayan ilk növbədə qeyd edib ki, görüşün məqsədi Qarabağın qarşısında duran çağırışları və problemləri müzakirə etmək və "ölkəni" çətin vəziyyətdən çıxarmaq və Vətənin müdafiəsinə qalxmaq üçün onların həlli yollarını tapmaqdır.
“Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq. Hər şeydən əvvəl biz buna hüquqi yolla nail olmalıyıq, çünki Qarabağ qanunlara və tarixi faktlara uyğun olaraq öz "müstəqilliyini" elan etmək hüququna malik idi. Biz Sovet İttifaqından çıxdıq, referendum yolu ilə "müstəqil dövlət" elan etdik, lakin ondan sonra onun hüquqi müstəvidə həyata keçirilməsi üçün heç bir addım atmadıq. Qarabağ heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və ola da bilməz. Biz beynəlxalq məhkəməyə müraciət etməli və müstəqillik haqqımızı müdafiə edə bilməliyik”, - Babayan bildirib.
O, həmçinin Qarabağın iqtisadi inkişafına, eləcə də ordunun güclənməsinə toxunaraq, BMT Nizamnaməsinə əsasən, hər bir xalqın özünümüdafiə hüququ olduğunu vurğulayıb.
Babayanın fikrincə, Qarabağada "konstitusiya" dəyişikliklərinə və dövlətçilik yolunun davam etdirilməsinə ehtiyac var.
Görüş zamanı o, iştirakçıların suallarını da cavablandırıb.
Gundemxeber.az
28-12-2021, 13:38
26-05-2016, 21:58
8-02-2019, 12:40
5-01-2022, 13:00
21-02-2017, 23:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?