GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın Ukraynaya raket hücumu - ilhaq edilən ərazilərin müdafiəsi cəhdi - ŞƏRH

Rusiyanın Ukraynaya raket hücumu - ilhaq edilən ərazilərin müdafiəsi cəhdi - ŞƏRH

Tarix: 10-10-2022, 17:54 Bölmə :Dünya Baxış: 267

Rusiya Ukraynaya hücumlarının sayını yenidən artırıb. Daha doğrusu ərazisini kəskin raket atəşinə məruz qoyur. İlhaq edilən Krımı Rusiya ilə birləşdirən körpüdəki partlayış hərbi əməliyyatların gedişinə təsir göstərib. Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərini, Dnepr, Jitomir, Xmelnitsk, Ternopol və döyüş bölgələrindən uzaqda yerləşən Lvov vilayətlərini raket atəşinə tutması bunu təsdiqləyir. Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə hücumda rəsmi Kiyevi ittiham edərək bunu “terror aktı” adlandırıb.

Rəsmi Moskva Ukraynanın ilhaq etdiyi bu yarımadanı öz “ərazisi” sayır. Vladimir Putin bu səbəbdən də bildirib ki, Ukraynanın kəşfiyyat qüvvələri Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib:

“Şübhəsiz, bu, Rusiyanın mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır. Onun müəllifləri, icraçıları və ondan faydalananlar Ukraynanın təhlükəsizlik xidmətləridir”

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Rusiya liderinin ittihamını rədd edərək tviter səhifəsində yazıb:

“Burada yalnız bir terror dövləti var. Onun kim olduğunu bütün dünya bilir”.

Krım körpüsündə törədilən partlayış hələ dəqiq araşdırılmayıb. Tədqiqat aparılmadan Rusiya liderinin tələsik belə bir bəyanatla çıxış etməsi şübhəli məqamlardan xəbər verir. Çünki partlayışdan dərhal sonra onu hansı dövlətin törətdiyini bəyan edib, “terakt” adlandırmaq hazırlıqsız çıxışa oxşayır. Krım körpüsündəki partlayışdan sonra Ukraynaya raket hücumunun arxasında başqa mətləblər də gizlənə bilər. Bu hadisələr Rusiyanın Ukraynanın Xerson, Donetsk, Luqansk və Zaporojye vilaylətini ilhaq etməsindən sonra baş verir. Rusiya iddia edir ki, federasiya subyektlərinin sayı 89-a çatıb. İlhaq əməliyyatından sonra Ukrayna Silahlı Qüvvələri irəliləyərək onlarla yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad ediblər. Belə bir vəziyyətdə körpü əməliyyatı törədilir.

Bəs Rusiya niyə Ukraynanı kəskin şəkildə raket atəşinə tutur? Bu, müharibənin Rusiya ərazisinə keçməsinə səbəb ola bilərmi?

Oktyabrın 10-da Ukraynanın raket hücumuna məruz qalması bir neçə baxımdan Rusiya üçün əhəmiyyətə malikdir:

- Rusiya tutduğu torpaqlardan çıxmağını, cəbhə xəttindəki uğursuzluğunu ört-basdır etməyə çalışır;

- Krımı və körpünü özününkü sayan Rusiya Ukraynaya raket hücumu etməklə ərazisini belə “müdafiə etdiyini” göstərir;

- Yeni ilhaq etdiyi ərazilərdə Moskvadanqaçma meyillərini aradan qaldırmaq üçün güc nümayiş etdirir


- Ərazisinə qatdığı 4 vilayəti də müdafiə edəcəyini göstərməyə cəhd edir;


- Son günlər Rusiya ordusunun zəiflədiyi, hərbi texnikasının azaldığını, xüsusən raketlərinin bitmək üzrə olduğuna dair yayılan xəbərləri yalanlamaq üçün bu addımı atır;

- Rusiyanın İran və Şimali Koreyadan hərbi texnika, dron, raket tədarük etdiyinə dair məlumatları təkzib etməyə cəhd göstərir;

- Rusiya Ukraynanı dəstəkləyən və ona yardım edənlərə də güc nümayiş etdirir;

- Moskva qərb blokuna, o cümlədən Rusiya ilə sərhəddə yerləşən Avropa İttifaqı ölkələrinə raket hücumu ilə ismarış göndərir;

- Vladimir Putin Ukraynaya raket hücumu ilə nüvə silahından da istifadə edə biləcəyinin blef olmadığına işarə edir və s.

Krım körpüsündəki partlayışda üçüncü tərəfin də əli ola bilər. Buna Rusiyanın ilhaq etdiyi ərazilərə münasibətinin testi kimi də yanaşmaq olar. Oktyabrın 10-da Kiyevin və başqa şəhərlərin raket atəşinə tutulması sübut edir ki, Vladimir Putin və komandası müharibənin Rusiya ərazisinə keçməyəcəyindən arxayındırlar.

Düzdür, ara-sıra Rusiya Belqorod şəhərində hansısa partlayışın, ona oxşar hadisələrin baş verdiyinə dair məlumat yayılır. Ancaq rəsmi Kiyev müharibəni Rusiyanın içərilərinə, yaxud sərhədyanı rayonlara daşımamaqla səbr, dözüm nümayiş etdirirlər. Bu, həm də Ukrayna hakimiyyətinin beynəlxalq normalara əməl etməsinin göstəricisi sayıla bilər. Rəsmi Kiyevin müharibəni Rusiyanın içərilərinə daşıması qarşı tərəfin əlinə oynayar. Bu, Rusiyanın indi çətinliklə təbliğ etdiyi vətənpərvərlik ideyasından gen-bol danışmasına şərait yaradar.

Rusiya Ukraynanı raket atəşinə tutmaqla beynəlxalq güclərin də səbr və dözümünü imtahana çəkir. Hələ ki, Rusiyanın yalnız havadan dinc və müharibə bölgəsindən uzaqdakı yaşayış məntəqələrinə havadan hücum etməyə gücü çatır. Bu yolla onun uğur qaznacağı ehtimalı azdır. Əksinə, Rusiyanın bu davranışı bununla Ukrayna, eləcə də keçmiş sovet vətəndaşları, habelə beynəlxalq ictimaiyyətin hiddətinə, tərəfdarlarının isə məyusluğuna səbəb olacaq. Mülki obyektlərin vurulması, dinc sakinlərin hücumlar nəticəsində ölməsinin məsuliyyəti ya indi, ya sonra Rusiyanın üzərində qalacaq.


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb - Video, Yenilənib

    Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 ...

    10-10-2022, 12:26

  • 
  • Putin və Əliyev “Dağıstan” raket gəmisində olublar

    Putin və Əliyev “Dağıstan” raket gəmisində olublar ...

    13-08-2013, 23:41

  • 
  • Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar var

    Ermənilərin Gəncəni raket atəşinə tutması ...

    17-10-2020, 09:08

  • 
  • "Rusiya Ukraynada 23 000 canlı qüvvə itirib" - Baş Qərargah

    "Rusiya Ukraynada 23 000 canlı qüvvə ...

    29-04-2022, 12:10

  • 
  • Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə pasport təklif edir

    Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə ...

    19-07-2019, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu