Rusiya prezidenti Vladimir Putin Rusiya pasportlarının alınması prosedurunun sadələşdirilməsinin bütövlükdə Ukraynanın Luqansk və Donetsk əhalisinə şamil edilməsinə dair yeni fərman imzalayıb.
Bu o deməkdir ki, bundan sonra Rusiya pasportlarını sadələşdirilmiş qaydada təkcə moskvayönlü separatçıların nəzarətində olan ərazilərin deyil, bütövlükdə Ukraynanın iki vilayətinin əhalisi ala biləcək.
Rəsmi Kiyev Putinin fərmanları əsasında verilən Rusiya pasportlarını qanunsuz elan edib. İyulun 17-də imzalanmış bu fərmandan əvvəlki fərmanını Rusiya prezidenti Ukraynada Vladimir Zelenskinin aprelin 21-də Ukrayna prezident seçkisində inamlı qələbəsindən dərhal sonra vermişdi.
Həmin fərmanda deyilirdi ki, şərqi Luqansk və Donetsk regionlarının “müəyyən ərazilərindəki” Ukrayna vətəndaşlarna Rusiya vətəndaşlığının verilməsi qaydası sadələşdirilir.Ukrayna və Qərb Putinin bu addımını Ukraynanın ərazi bütövlüyünə qəsd kimi tənqid etmişdilər. Onlar bunun Zelenskini təxribata çəkmək və onun seçki qələbəsini sarsıtmaq məqsədi güddüyünü deyirdilər.
Kiyev bu fərman əsasında verilən Rusiya pasportlarını qanunsuz elan edib.
Putinin yeni fərmanı Luqansk və Donetsk vilayətlərinin 2014-cü ilin aprelinədək bu ərazidə sakin olmuş Ukrayna vətəndaşlarına şamil ediləcək.
Qərb Rusiyanı Ukraynanın şərqində separatçı münaqişə törətməklə təcavüzə əl atmaqda ittiham edir.
Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə Moskvaya ağır sanksiyalar tətbiq edilib 2014-cü ildə Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə Moskvaya ağır sanksiyalar tətbiq edilib.
Putinin fərmanı əvvəllər Krımda yaşamış Ukrayna vətəndaşlarının, habelə Sovet dövründə Rusiyada doğulmuş İraq, Yəmən, Suriya və Əfqanıstan vətəndaşlarının da Rusiya pasportlarını sadələşdirilmiş qaydada ala bilməsini nəzərdə tutur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?