GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Rusiyanı dronlarla təmin etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirir

ABŞ Rusiyanı dronlarla təmin etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirir

Tarix: 26-10-2022, 09:48 Bölmə :Dünya Baxış: 253


Bayden administrasiyası Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsindən sonra Tehrana qarşı “ciddi şəkildə sanksiyalar tətbiq edəcəyini” bildirib. Rəsmi Vaşinqton Tehrana qarşı silah satışı və etirazların qəddarlıqla yatırılması ilə bağlı sanksiyalar tətbiq etməyə söz verib. Ağ Ev həmçinin İran daxilində etirazçıların sərt rejimə müqavimət göstərməyə davam etdiyi vaxt nüvə razılaşması üzrə danışıqlarda yaranmış çıxılmaz vəziyyətin tez bir zamanda həll olunacağına şübhə etdiyini bildirib.

Kyiv üzərində səmada bu dəfə İran tərəfindən yeni bir təhlükə var.

Ukrayna Rusiyanın paytaxta hücum etmək üçün istifadə etdiyi ölümcül dronlardan bəzilərinin İran tərəfindən istehsal edildiyini bildirir.

İran bunu inkar edir. Kreml isə şərh vermir.

Vaşinqtonda Ağ Evin mətbuat katibi Karin Jan-Pier Amerikanın Səsinin İran istehsalı olan dronlar və ABŞ-ın reaksiyası ilə bağlı suallarını cavablandırıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer: “Onlar [İran] bu barədə həqiqəti söyləməyiblər və Ukraynada istifadə üçün Rusiyaya silah verdikləsini inkar edirlər. Bu arada, yeni məlumatlara əsasən, İran onların qarşı olduqlarını iddia etdikləri müdaxiləyə dəstək üçün daha da dağıdıcı silahlar satmağı düşünür. İndi biz ABŞ-ın həm Rusiya, həm də İranın silah ticarətinə qarşı sanksiyalarını fəal şəkildə tətbiq etməyə davam edəcəyik. Biz buradan İranın bu silahları Rusiyaya satmasını çətinləşdirmək üçün iş görəcəyik”.

Lakin təhlilçilər Qərbin İranı təcrid etmək üçün çox iş görə biləcəyini düşünmədiklərini deyirlər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Antoni Kordesman: “Əgər söhbət nəticələrdən gedirsə, edə biləcəyiniz yeganə şey indiyə qədər etdiklərinizlə eyni olacaq, yəni, siz bu sistemləri təmin edən və satın alan, onlardan istifadə edən şəxsləri, korporasiyaları və komandaları seçə və onlara qarşı sanksiyalar tətbiq edə bilərsiniz. İndiki vaxtda bunun çox məhdud effektivliyi var”.

ABŞ hökuməti həmçinin sentyabr ayında əxlaq polisinin nəzarətində olan gənc qadının ölümündən sonra İranı bürümüş iğtişaşlar dalğası barədə də açıq danışıb.

ABŞ dövlət katibinin İraq və İran üzrə köməkçisinin müavini Cennifer Qavito: “Hazırda dünyanın gözü İranda ayağa qalxıb öz hüquqlarını, təkcə qadınların deyil, ümumi insan haqlarını müdafiə edən cəsur etirazçıların üzərindədır və onlar bunu etdiyi vaxt ABŞ onların yanındadır. Son günlər və həftələr ərzində rejimin gördüyümüz hərəkətlərinə görə cavabdehlik daşıması üçün bir sıra addımlar atmışıq”.

Onun sözlərinə görə, bura yüksək səviyyəli İran rəsmilərinə qarşı sanksiyalar və eyni zamanda ABŞ-ın iranlılara onların bir-biri ilə ünsiyyət qura və bir sıra mediaya çıxış imkanı əldə edə bilməsi üçün kommunikasiya dəstəyi daxildir.

Ağ Ev həmçinin Qərbin müzakirəçiləri və Tehran arasında nüvə razılaşmasına dair aylardır aparılan həssas danışıqların dalana dirənə biləcəyindən narahatdır.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer: “Hazırkı anda biz razılaşmanın tezliklə əldə olunacağını görmürük.”

Təhlilçilər bildirir ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan razılaşma İranda 2021-ci ildə keçirilən seçkilərdən sonra sərt xətt tərəfdarı prezidentin hakimiyyətə gəlməsi ilə təhlükə altındadır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Antoni Kordesman: “JCPOA İran seçkilərindən sonra çox ciddi problemlə üzləşib. İranda müəyyən dərəcədə demokratiya və fərqli fikirlər var idi. Ölkə hökuməti indiyə qədər din xadimlərindən müəyyən dərəcədə daha dözümlü olub. Hazırkı prezident isə bütün niyyət və məqsədlərinə görə din xadimidir və son dərəcə mühafizəkardır”.

Bundan sonra nə olacaq? ABŞ bildirir ki, İran hökuməti hərəkət etməlidir. Tehran da daxil olmaqla İranın şəhərlərində etiraz edənlər və dünya ölkələrində, eləcə də paytaxt Vaşinqtondakı nümayişçilər də bunu söyləyir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Donal Tramp: "İrana qarşı sanksiyalar bundan sonra da tətbiq olunacaq"

    Donal Tramp: "İrana qarşı sanksiyalar bundan ...

    25-09-2018, 23:48

  • 
  • İran ABŞ rəsmilərini məhkəməyə verəcək

    İran ABŞ rəsmilərini məhkəməyə verəcək ...

    18-03-2019, 15:26

  • 
  • Tramp: ABŞ İrana qarşı sanksiyaları 'əhəmiyyətli dərəcədə' artıracaq

    Tramp: ABŞ İrana qarşı sanksiyaları 'əhəmiyyətli ...

    11-07-2019, 13:23

  • 
  • ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

    ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır ...

    18-07-2017, 14:44

  • 
  • ABŞ insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib

    ABŞ insan haqlarının pozulması ilə əlaqədar İrana ...

    31-05-2018, 14:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu