GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir

Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir

Tarix: 26-10-2022, 15:32 Bölmə :Dünya Baxış: 295

APA-nın Moskva müxbiri xəbər verir ki, "Pervıy kanal”ın efirində 20 oktyabr tarixində yayımlanan "Bolşaya İqra” tok-şousundakı təxribatdan sonra bu dəfə "Komsomolskaya Pravda" qəzetində anti-Azərbaycan mövqeli məqalə nəşr olunub. Paşinyan "Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir” başlıqlı məqalədə guya Vaşinqtonun Moskvanın xəbəri olmadan İrəvanı təslim olmağa və "Artsaxı”dan imtina etməyə razı saldığı qeyd olunub.

Əvvəldən axıra qədər Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan fikirlərin qeyd olunduğu məqalədə bir müddət əvvəl telegram kanallarında yayımlanan Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı Vaşinqtonun planının əks olunduğu sənəddən bəhs olunur.

"Sənədin məzmununa görə, imzalanacağı təqdirdə Azərbaycan-Ermənistan dövlətlərarası sərhədin delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri müzakirə etmək üçün rəsmi nümayəndə təyin edəcək. Sənədə əsasən, Qarabağ ermənilərinə, hətta tanınmamış "DQR”-ə hansısa statusun verilməsi nəzərdə tutulmayıb”, deyə məqalədə qeyd olunub.

Göründüyü kimi, "Komsomolskaya Pravda" Qarabağ ermənilərinin İkinci Qarabağ müharibəsininin yekununda gorbagor olan "status”nun dərdinə düşüb.

Məqalədə Azərbaycan əleyhinə təxribatçı fikirlər bununla bitməyib, müəllif Aleksandr Sergeyev məlum sənədin dərc olunmasının Ermənistanda və Qarabağda etiraz hərəkatında yeni dalğaya hələlik səbəb olmadığını və reallıqda bunun Dağlıq Qarabağın tamamilə Azərbaycanım yurisdiksiyasına keçməsi anlamına gəldiyini yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara Azərbaycanın konstitusiyasına tam uyğun davranılacaq” bəyanatını xatırladan müəllif bir az da irəli gedərək "Qarabağda tezliklə bir dənə də erməni qalmayacaq” kimi təxribatçı fikrini qeyd edib.

Göründüyü kimi, dövlət tərəfindən maliyyələşən "Komsomolskaya Pravda” qəzeti Rusiya dövlətinin, Kremlin Azərbaycanın ərazi bütövlüyünün tanıması mövqeyinə, Prezident Vladimir Putinin İkinci Qarabağ müharibəsindən dərhal sonra verdiyi müsahibədə "Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və hər zaman belə olub” bəyanatına qarşı çıxıb. Nəşri Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi və bunun nəticəsində guya həmin ərazidə bir dənə də erməninin qalmayacağı çox narahat edib. Buna Ermənistanda və Qarabağdakı ermənilərin artıq kütləvi etiraz etməməsi isə "Komsomolskaya Pravda”da maraq doğurub. Deyəsən, Qarabağda separatçı toxumu səpənlər özlərini yavaş-yavaş biruzə verirlər...

Məqalənin ən maraqlı hissəsi isə Ermənistan Baş naziri Paşinyanın sülh sazişini tezliklə imzalamağa razılıq verməsindən bəhs olunduğu hissədir. Müəllif bildirir ki, əgər bu sənəd imzalansa, o zaman bu, Cənubi Qafqazda tektonik katalizator olacaq. "Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı olmayacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi budur”, - deyə müəllif qeyd edib.

Məqalənin bu hissəsindən Azərbaycanla Ermənistan arasında kimin sülhü niyə istəmədiyi, bu münaqişənin illərlə davam etməsini nə məqsədlə istədiyi aydın olmuş olur. Müəllif Sergeyev əslində bununla Qafqaza separatçılıq toxumlarını səpənləri ələ vermiş olub. "Azərbaycanla Ermənistan barışsa, onda Rusiya nəyə lazımdır” deyərək

"Komsomolskaya Pravda” məqalədə erməniləri təhdid etməyi də unutmayıb

"Çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar və Vaşinqtonun səmimi şərəf sözü altında həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verə biləcəyini yəqin ki xatırlayırlar”, deyə yazan müəllif erməniləri qətiyyən Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsinə razılaşmamağa çağırış edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın tanınmış qəzeti Ermənistanı ifşa etdi

    ABŞ-ın tanınmış qəzeti Ermənistanı ifşa etdi ...

    5-01-2017, 22:40

  • 
  • Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV

    Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV ...

    31-10-2020, 15:10

  • 
  • Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”

    Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən ...

    10-11-2020, 10:23

  • 
  • Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin açılması LABÜDDÜR

    Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin ...

    26-09-2022, 12:33

  • 
  • "Dostları" Ermənistanı tək qoyub - "Əl-cəzirə" nəşri

    "Dostları" Ermənistanı tək qoyub - ...

    6-11-2020, 13:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu