GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İrana azalan səfərlər - “casus” kimi həbs edilən turistlər - ŞƏRH

İrana azalan səfərlər - “casus” kimi həbs edilən turistlər - ŞƏRH

Tarix: 24-10-2022, 18:18 Bölmə :Dünya Baxış: 263

Təbiəti, müqəddəs yerləri və qədimliyinə görə İran turizm baxımından cəlbedici ölkədir. Ancaq ölkədə baş verənlər, hakimiyyətin yürütdüyü dağıdıcı siyasət bu sahəyə də mənfi təsir göstərib.

İranın Hava Səyahətləri və Turizm Xidmətləri İdarəsi Həmkarlar İttifaqının rəhbəri Hörmətullah Rəfii bildirib ki, xarici turistlər İrana səfərlərinin 90 faizini ləğv edib. Onun sözlərinə görə, İran vətəndaşlarının da xaricə səyahətləri 50 faizdən çox azalıb.

Bir sıra dövlətlər təhlükəsizlik təmin olunnması və sabitlik pozulduğu üçün vətəndaşlarını İrana səfər etməyi məsləhət görmürlər. Başqa sözlə, son günlər baş verən etiraz aksiyalarına görə ölkədə sabitlik pozulub, turistlərin təhlükəsizliyinin təmin edilməsində çox ciddi problemlər yaranıb. Bir çox hallarda hüquq-mühafizə orqanları xarici ölkə vətəndaşlarını saxlayaraq barələrində cinayət işi başlayırlar.

Qeyd edək ki, İran rəsmiləri və hökumətə bağlı KİV ölkədəki kütləvi etiraz aksiyalarının xaricdən idarə olunduğu iddiasını irəli sürürlər. Turistlərin xarici ölkələrin “kəşfiyyat orqanlarının əməkdaşı” kimi tutularaq məsuliyyətə cəlb olunması ehtimalı az deyil. Belə ki, güc strukturları əcnəbi turistləri də tutaraq İran cəmiyyətinə onları “xarici ölkə casusu” adı altında təqdim edə bilər.

Yeri gəlmişkən, etiraz aksiyalarını müşahidə edən xarici ölkə vətəndaşları arasında tutulanlar var. Fransanın xarici işlər naziri Katrin Kolonna aksiyalar zamanı ölkəsinin 5 vətəndaşının saxlanıldığını bildirib.

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) iddia edib ki, aksiyalarda 5-i türkiyəli olmaqla 14 xarici ölkə vətəndaşı həbs edilib. Saxlanılan 9 nəfər Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və başqa ölkələrin vətəndaşlarıdır. Ən pis hal odur ki, İnqilab Keşikçiləri Qvardiyası və ETTELAAT saxlanılanların kimliyi barədə açıqlama vermir. Bu, onların həyat üçün təhlükənin çox olduğunu deməyə əsas verir.

Odur ki, İranın daxilində sabitliyin pozulması, geniş etirazların aksiyalarının keçirilməsi, təhlükəsizliyə təminat olmaması perspektivdə turistlərin həyatı üçün təhlükəli ola bilər.

Öz vətəndaşlarına hörmət etməyən hakimiyyətin əcnəbilərlə yaxşı davranacağı ehtimalı çox azdır. Baş verən hadisələr deməyə əsas verir ki, etiraz aksiyaları keçirilən yerlərdə istənilən xarici ölkə vətəndaşının tutulması və işgəncəyə məruz qalması ehtimalı günü-gündən artır.

Bu hadisələr İranın perspektivdə təcrid olunması ilə yekunlaşa bilər.

2022-ci ildə İranda turizm sahəsinin ciddi böhran yaşayacağı istisna olunmur. Tehran hakimiyyətinin öz vətəndaşlarına qarşı anti-insani idarəçiliyi turizmə də təsir göstərəcək.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, İranın ÜDM-də ümumi səyahət və turizmin payı 2021-ci ildə 40 faiz artıb. Başqa sözlə, xarici turistlər ötən il İranda 2,5 milyard dollar xərcləyib. İranın ümumi iqtisadiyyatında səyahət və turizmin payı 2020-ci ildə 3,1 faiz olmuşdusa, ötən il bu rəqəm 4,1 faizə çatıb. İranın turizm sektorunda 2019-cu ildə 1,82 milyon iş yeri olubsa, 2020-ci ildə bu rəqəm 1,2 milyon iş yerinədək azalıb. Koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu sahə əlaqədar iş yerləri 5,1 faiz artaraq 2021-ci ildə 1,29 milyona çatıb.

Odur ki, İran turizmdən gələn gəlirlər azalacaq və hadisələr iqtisadiyyatının onsuz da ağır olan vəziyyətinə mənfi təsir göstərəcək.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Britaniya XİN vətəndaşlarını İran və İraqa səfər etməkdən çəkinməyə çağırıb

    Britaniya XİN vətəndaşlarını İran və İraqa səfər ...

    4-01-2020, 18:27

  • 
  • Ketrin Eşton İrana belə gəldi- Fotolar

    Ketrin Eşton İrana belə gəldi- Fotolar ...

    9-03-2014, 13:00

  • 
  • Əbülfəz Qarayev ölkəmizə turistlərin gəlməsi ilə öyünür...

    Əbülfəz Qarayev ölkəmizə turistlərin gəlməsi ilə ...

    13-04-2014, 12:40

  • 
  • İran koronavirusa görə ölkə daxilində səyahətləri məhdudlaşdırdı

    İran koronavirusa görə ölkə daxilində səyahətləri ...

    27-02-2020, 10:52

  • 
  • İrandan Azərbaycana gələnlərin sayı azalacaq? - Vergilər İKİQAT ARTIRILDI - AÇIQLAMA

    İrandan Azərbaycana gələnlərin sayı azalacaq? - ...

    9-03-2018, 20:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu