O, saxta ad və şəxsiyyətlə ölkədə olmaqda şübhəli bilinərək saxlanılıb. Lakin əslində rusiyalı olduğu və Rusiya kəşfiyyatı ilə əlbir olduğu bildirilir.
Norveç hüquq-mühafizə orqanlarının əməkdaşları Tromso şəhərində səhər işə gedən bir şəxsi saxlayıb və sonradan o, məhkəməyə aparılıb.
Norveç kəşfiyyat xidməti (PST) hesab edir ki, bu şəxs qeyri-leqaldır, yəni özünü adi vətəndaş kimi qeydiyyatdan keçirib. Lakin eyni zamanda sakitcə xarici kəşfiyyat üçün işləyir.
“Biz Tromso Universitetindən, Norveç Arktika Universitetindən olan braziliyalı tədqiqatçının Norveçdən qovulmasını tələb etdik. Hesab edirik ki, o, əsas milli maraqlara təhlükə yaradır”, - deyə PST rəhbərinin köməkçisi Hedviq Moe qeyd edib.
PST-nin fikrincə, bu şəxs əslində Rusiya vətəndaşıdır və Braziliya adı altında Rusiyanın tapşırıqlarını yerinə yetirir.
Qeyd edilir ki, PST ilk dəfədir Norveçdə qanunsuz hesab etdikləri şəxsi həbs edir. O, 2021-ci ilin payızında Tromso Universitetində tədqiqat işi üçün Norveçə gəlib. Burada isə digər məsələlərlə yanaşı şimal bölgəsini və hibrid təhlükələrini araşdırıb.
“PST narahatdır ki, o, şəbəkəyə və Norveçin şimal bölgəsindəki siyasəti ilə bağlı məlumatlara çıxış əldə edə bilərdi. Hətta bu şəbəkə və ya məlumatlar krallığın təhlükəsizliyinə təhdid yaratmasa belə, biz bu məlumatın Rusiya tərəfindən istifadə oluna biləcəyindən narahatıq”, - deyə məxfi xidmətdən açıqlama verilib.
Sorğu
Yeni dizaynımız necədir?