Avropanın bir neçə ölkəsində polis “cihadçı şəbəkəyə” aidlikdə şübhəli bilinən 17 fərdin təqibinə başlayıb.
İtaliyada 6, Britaniyada 4, Noprveçdə 3 şübhəli saxlanıb. Polis bəzi başqa şübhəlilərin İraqa və ya Suriyaya getmiş ola bildiyini güman edir.
İtaliyanın "Ansa" xəbər agentliyinin məlumatlına görə, şübhəlilər beynəlxalq terrorçu təşkilat yaratmaqda ittiham olunurlar.
Mollanın azad edilməsi əməliyyatı
Bəzi məlumatlara görə, sözügedən şəbəkə Norveçdə həbsdə olan Molla Krekarın azad edilməsi əməliyyatını planlaşdırırmış. Bu əməliyyat zamanı intiharçı bomba partlayışı törədilməli imiş. Terrorçu əməliyyatın təfərrüatları az istifadə olunduğu üçün “qaranlıq internet” adlanan platformalarda müzakirə olunurmuş. Belə görünür ki, İtaliya polisi plan quranların izinə elə internetdə düşüb.
Norveçli vəkillər Krekarın İraqa deportasiyasına mane olurlar
Əsl adı Nəcməddin Fərəc Əhməd olan Krekar İraq kürdüdür.
Norveçdə daha bir neçə şübhəli şəxs həbs olunub. Onlardan üçü Norveçdə və Avropanın başqa ölkələrində terrorçu basqınlar hazırlamaqda şübhəli bilinirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?