Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Brtianiya Kralı III Çarlzla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq münasibətləri müzakirə olunub. Bundan əlavə Türkiyə Prezidenti iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan güclü əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyinə inandığını bildirib. Prezident Ərdoğan, Kraliça II Elizabetin ölümü ilə bağlı başsağlığı verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?