Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi oktyabrın 25-də zaminə buraxıldıqdan sonra Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azad edilib.
İnsan haqları üzrə fəaliyyə göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Məhəmmədrza Fəqihi oktyabrın 12-də bir qrup vəkilin Tehranın Arjantin küçəsində yerləşən Mərkəz Vəkillər Kollegiyası binasının önündə toplaşaraq "etirazçıların hüquqları və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına" etiraz mitinqi təşkil etdiyi zaman həbs edilmişdi.
Cənab Fəqihi, müvəqqəti olaraq məhkəmə prosesi sona çatanadək mülki zəmanət qarşılığında sərbəst buraxılıb.
Əvvəllər azərbaycanlı milli fəalların müdafiəsini öz üzərinə götürmüş bu vəkil bundan öncə də təhlükəsizlik qüvvələri təfəindən saxlanılıb və məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
O, iyun ayında Tehran İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəqihi və digər fəallar 2021-ci ilin avqust ayında COVID-19 vaksininin idxalına mane olan rəsmiləri məhkəməyə vermək üçün şikayət mətni hazırladıqları zaman təhlükəsizlik qüvvələri təfindən həbs edilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?