Gundemxeber.az » Dünya » Rusiyanın neft sənayesi çökür - Moskva Avropada itirdiyi enerji bazarına əvəz tapa bilmir...
Rusiya Avropanın imtina etdiyi neftinə alıcı tapa bilmir…
Bu ilin sonunda Avropa Birliyi sanksiyalara uyğun olaraq Rusiya neftindən tamamilə imtina edəcək və Moskva itirdiyi bazarı əvəz edəcək yeni bazar tapmaqda ciddi çətinliklə üzləşib.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb.
Nəşrin yazdığına görə Avropaya gündə 1,4 milyon barrel neft ixrac edən Rusiyanın “Drujba” neft kəməri ilin sonunda öz fəliyyətini tamamilə dayandıracaq. Belə çıxır ki, təcili qaydada Rusiya gündə 1, 4 milyon barrel nefti sata bilmək üçün bazar tapmalıdır. Lakin belə bir bazar yoxdur. Dəniz yolu ilə ilə neft daçımaları isə artıq dayanıb. Bloomberg yazır ki, Rusiya hər gün tankerlərlə Avropaya 740 min barrel neft ixrac edib.
Maraqlıdır ki, Rusiyanın Çinə, Hindistana və Türkiyəyə ixrac etdiyi neft də kəskin azalıb. Bloomberg-in araşdırmalarına görə gündəlik 2,2 milyon barrelə qədər yüksələn ixrac indi təqribən 380 min barrelə qədər düşüb.
Pusiyanın qarşısında duran əsas problemlərdən biri isə lojistika məsələləridir. Çünki artıq Rusiya tankerləri Avropa limanlarından Çin və Hindistana doğru istiqamətlənə bilmir. Bu da Rusiya üçün ayrı bir problem yaradır.
GUNDEMXEBER.AZ
7-03-2016, 15:06
3-08-2018, 12:24
9-01-2013, 11:55
16-02-2016, 11:07
10-01-2020, 21:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?