GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ-da siyasətçilər ara seçkilər ərəfəsində siyasi zorakılığı pisləyirlər

ABŞ-da siyasətçilər ara seçkilər ərəfəsində siyasi zorakılığı pisləyirlər

Tarix: 2-11-2022, 13:26 Bölmə :Dünya Baxış: 195


ABŞ-da siyasi zorakılıq ara seçkilər səbəbilə caxnaşmaya səbəb olub. Belə ki, sandıq işçiləri seçki məntəqələrində insanların emosiyalarının yüksək olacağını gözləyirlər. Bundan əlavə bu yaxınlarda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə zorakı hücum olub. Prezident Co Bayden və digər yüksək səviyyəli siyasətçilər Pelosinin həyat yoldaşı Polun xəsarət alması ilə nəticələnən hücumu pisləyiblər və onlar 8 noyabrda keçiriləcək seçki yaxınlaşdığı bir vaxt siyasi zorakılığa son qoyulmasına çağırırlar.

Ötən həftə sonu ABŞ-ın ən nüfuzlu siyasətçilərindən birinin həyat yoldaşına edilən hücum qarşıdan gələn bölücü seçkidən öncə ölkənin nə dərəcədə bölünmüş və təhlükəli vəziyyətdə olduğunu vurğulayır.

Hücum edən şəxs Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əvəzinə onun 82 yaşlı əri Polu San-Fransiskodakı evində ciddi şəkildə yaralayıb.

“Bu qəsdən olmuşdu. Və səhvdir. Seçilən məmurlar şəhərlərinin, mahallarının, ştatlarının və bu ölkənin işini görmək üçün buradadırlar,” San Fransisko Polis Departamentinin rəisi Vilyam Skott deyir.

Prezident Co Bayden hücumu qınayıb.

“Bəsdir, kifayətdir, yetər. Siyasətinizdən asılı olmayaraq, hər bir vicdanlı insan siyasətimizdəki zorakılığa qarşı açıq və birmənalı şəkildə ayağa qalxmalıdır. Hamımız. Amerikalılar olaraq hamımız birlikdə,” ABŞ Prezidenti Co Bayden deyib.

Sabiq prezident Barak Obama da hücumu qınayıb və deyib ki, “vəzifədə olan və yaxud vəzifədə olmaq istəyən bəziləri bölgüyü qızışdırmağa çalışırlar.”

Tədqiqatçılar deyir ki, zorakılıq bir neçə istiqamətdən gəlir. Yayda Ali Məhkəmənin mühafizəkar hakimləri aborta çıxışı təmin edən məhkəmə qərarını ləğv etmək qərarları səbəbilə ölüm təhdidləri ilə üzləşmişdilər.

Respublikaçılar da narahatlıqlarını ifadə ediblər.

Senatın azlıq lideri Mitç Makkonnel Twitter-də Pelosi ailəsinə ən xoş arzularını çatdırıb.

Sabiq vitse-prezident Mayk Pens də Twỉtter-də yazıb ki, “dövlət məmurları və ya onların ailələrinə qarşı zorakılığa dözümlülük göstərmək olmaz.”

Sabiq prezident Donald Tramp isə ilk öncə səssiz qaldıqdan sonra hücumu “dəhşətli bir şey” adlandırıb.

Tramp 2021-ci ilin yanvarın 6-da Twitter-dən çıxarılıb. Belə ki, platforma onun mesajlarının tərəfdarlarını Trampın 2020-ci il seçkisinin saxtalaşdırıldığına dair yanlış iddialarına cavab olaraq Kapitoliyə zorakı hücum etməyə təhrik etdiyi qərarına gəlib.

Bəzi tənqidçilər Trampı ara seçkilər ətrafındakı ab-havanı qızışdırmaqda günahlandırırlar.

Milyarder İlon Mask Twitter-i bir neçə gün öncə alıb. O, tvit ataraq Pelosinin ərinə hücumla bağlı əsassız şayiə yayan tanınmamış bir vebsayta keçid paylaşıb. Daha sonra tənqidçilərin onun hücumla bağlı dezinformasiya yaydığını söyləməsindən sonra tvit silinib.

Mask Trampın Twitter-ə geri dönməsinə imkan verəcəyinə işarə edib.

“Trampın Twitter-ə dönmək ehtimalı çox insanı ürküdür, çünki onlar bunun bizim üzləşdiyimiz hiperqütbləşmiş mühiti qabardacağından, daha çox ifrat ritorikanın olacağından, faktiki olaraq zorakılığa çağırışların olacağından və bunun da gələcəkdə əlavə zorakılıqlara təkan verəcəyindən narahatdırlar,” Brukinqs İnstitutundan Darrell Vest deyir.

Ədliyyə Nazirliyi hər kəsin “azad və ədalətli səs verməsini təmin edəcəyinə” və seçicilərin hədə-qorxuya məruz qalmalarına göz yummayacağına söz verib.

Arizonada rəsmilər insanların seçki qutularını izləməsi, seçiciləri qorxutması kimi insidentlərdən sonra təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Viskonsin ştatında isə seçki işçiləri gərgin olacağından narahat olduqları seçki gününə hazırlanmaq üçün dərslər alırlar.

Vest deyir ki, əgər amerikalılar kədərli, məyus və ya gücsüz hiss edirlərsə, onların hər birinin edə biləcəyi bir şey var.

“İnsanlar siyasətdə iştirak etməlidirlər. Nə qədər çox aktiv olsa, sistemimiz bir o qədər güclü olacaq və bu bizə ekstremistlərin səslərini boğmağa kömək edəcək. İnsanlar səs verməlidirlər. Onlar görüşlərini dinc yolla ifadə etməlidirlər. Və əgər insanlar bunu etsələr, ölkəmiz daha yaxşı vəziyyətdə olacaq,” Darrell Vest deyir.

Hazırda ölkə boyu erkən səsvermə keçirilir, seçki günü isə 8 noyabrda olacaq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da iğtişaşçılar Pelosinin noutbukunu oğurlayıb

    ABŞ-da iğtişaşçılar Pelosinin noutbukunu oğurlayıb ...

    9-01-2021, 11:23

  • 
  • Nensi Pelosi Trampın onu təhqir etməsinə görə təəssüf hissi keçirir

    Nensi Pelosi Trampın onu təhqir etməsinə görə ...

    14-06-2019, 19:05

  • 
  • Nümayəndələr Palatası hərbi əməliyyatlara dair Konqresin təsdiqini tələb edən qətnamə qəbul edib

    Nümayəndələr Palatası hərbi əməliyyatlara dair ...

    11-01-2020, 12:29

  • 
  • Palata sədri prezidentin çıxış mətnini cırıb atdı - VİDEO

    Palata sədri prezidentin çıxış mətnini cırıb atdı ...

    5-02-2020, 10:43

  • 
  • Teodor Karasik: “İrəvan üzünü Qərbə çevirməyə cəhd edir”

    Teodor Karasik: “İrəvan üzünü Qərbə çevirməyə ...

    21-09-2022, 12:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu