ABŞ Nümayəndələr Palatası,cümə axşamı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl Konqresin təsdiqini almasını tələb edən qətnaməni 224-194 səslə təsdiq edib.
Daha əvvəl verdiyi bir açıqlamada Nümayəndələr Palatasının spikeri Nensi Pelosi keçən həftə İranın Quds ordusunun komandiri Qasım Süleymanini Konqreslə məsləhətləşmədən hava hücumu həyata keçirdiyinə görə Tramp administrasiyasını tənqid edib.
Pelosi hava zərbəsini ABŞ əsgərləri və diplomatları üçün təhlükə yaradan "təxribatçı və qeyri-proporsional" hərəkət adlandırıb.
Qətnamə prezidentin Birləşmiş Ştatların İrana qarşı hərbi qüvvədən istifadəni dayandırmasına, Konqres müharibə elan etmədiyi və ya qanuni təsdiq edilmədiyi, eləcə də Birləşmiş Ştatlar ərazisinə və ya silahlı qüvvələrinə qarşı təcavüzdən qorunmaqdan savayı bu cür hərbi addımların atılmamasına çağırır.
"Administrasiya zorakılığın qarşısını alacaq təcili, təsirli de-eskalasiya strategiyasını inkişaf etdirmək üçün Konqreslə birgə işləməlidir" - deyə, Pelosi bildirib. "Amerika və dünya müharibə edə bilməz", Pelosi əlavə edib.
Cümə axşamı Ağ Evin sözçüsü Hoqan Gidli qərarı "səhv" və "gülünc" adlandırıb. "Palatanın bu qətnaməsi ABŞ silahlı qüvvələrinin İran və onun etibarlı şəxslərinin terrorçu fəaliyyətinin qarşısını almağa və prezidentə Amerika və onun maraqlarını qorumaq səlahiyyətinə mane olmağa çalışır" - deyə, o bildirib.
Cümə axşamı qəbul olunan qətnamə məcburi olmasa da, səsvermədən əvvəl Nüqmayəndələr Palatasının spikeri Nensi Pelosi qətnamənin "dişlərinin həqiqi" ( real gücə malik) olduğunu deyib. "Bu, Amerika Birləşmiş Ştatları Konqresinin bəyanatıdır, bu, Amerika həyatını və dəyərlərini qoruyacaq" , deyib Pelosi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?