Rusiyanın işğalından sonra Ukraynadan qaçdıqdan sonra iki qadın gözlənilməz bir sığınacağı - Bolqarıstanın Sofiya şəhərindəki Nu Boyana Film Kinostudiyasında tapıb.
Fevralın 24-də Rusiya Ukraynanı işğal edəndə Yaroslava Kuzmenko və Alyona Altuxova paytaxt Kyivvdə yaşayırdılar.
"2016-cı ildə iki flaqman şounun baş rejissoru olduğum ICTV kanalını tərk etdim. Sonra başqa bir kanal üçün iki məşhur seriala rejissorluq etdim və çoxlu mükafatlar almış "Hollywooddakı kimi" adlı qısametrajlı film çəkdim" - deyə, Yaroslava Kuzmenko bildirib.
Alyona Altuxovanın ailəsi 2014-cü ildə Rusiyanın nəzarətində olan separatçı qüvvələr tərəfindən ələ keçirilən Donetski tərk etdikdən sonra Kyivə köçüb. Sonra Rusiya yenidən hücuma keçib.
"Fevralın 24-də bütün günü ağladım. Mən sadəcə... o qədər duyğulandım ki... sakitləşməliyəm. Çox qorxulu idi, çünki uşağım var və başa düşdüm ki, təkcə özümün məsuliyyətini daşımıram".
Avropanı gəzdikdən sonra Altuxova və Kuzmenko Bolqarıstanın Sofiya şəhərində eyni yaşayış binasında yaşamağa başlayıb. Hər ikisi də Nu Boyana Film Kinostudiyasında çalışır. Müharibə başlayandan bəri Nu Boyana dəst dekorasiyası, makiyaj, video montajı, qarderob və xüsusi effektlər də daxil olmaqla, bir neçə işlə məşğul olan 30-a yaxın ukraynalını işə götürüb.
"Mən bir blogerin Bolqarıstandakı Nu Boyananın ukraynalıların işlə təmin olunmasında və yaşayış yerlərində kömək etdiyini bildirən elanı gördüm. Mən cəhd etmək qərarına gəldim və onlara CV-mi göndərdim. Mənə əl uzatdılar" , Alyona Altuxova deyib.
Altuxova studiyanın ictimaiyyətlə əlaqələr şöbəsinə daxil olub. Kuzmenko işıqlandırma şöbəsinə yerləşdirilib və burada avadanlıqları təmizləyir. Avqust ayında o, video montajı ilə məşğul olmağa başlayıb. O deyir ki, onun əsas problemi ingilis dilini zəif bilməsidir.
"Hamının ingilis və ya bolqar dilində danışdığı bir ölkədə film çəkilişlərinə getmək üçün insanlarla ünsiyyət qurmağı bacarmalıyam. Əgər kimsə bunu edə bilmirsə, necə bir şey gözləmək olar"?
Studiya yaşayış, yemək, nəqliyyat və dərslərə, eləcə də orada işləyən ukraynalı qaçqınlara yardım üçün inzibati xidmətlərə 100 000 dollardan çox pul xərcləyib.
"Buraya gələnlərin çoxu kino sənayesindən deyildi. Beləliklə, biz - Film Forge kursumuz vasitəsilə müxtəlif şöbələri öyrətməyə başladıq" - deyə, Nu Boyana Film studiyasının icraçı direktoru Yariv Lerner bildirib.
Kuzmenko və Altuxova iş tapdıqları üçün özlərini şanslı hiss edir, baxmayaraq ki, hər ikisi də bir gün Ukraynaya qayıdacaqlarına ümid edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?