Ukrayna Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Kyivdə keçirdiyi brifinq zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin Böyük İyirmilər (G20) sammitində iştirak etsə, o, həmin sammitdə iştirak etməyəcək.
"Mənim şəxsi mövqeyim və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri iştirak edərsə, Ukrayna iştirak etməyəcək" Zelenski deyib.
Zelenski həmçinin bildirib ki, Ukrayna noyabrın 15-16-da İndoneziyada keçiriləcək sammitə hazırlaşır. O, indoneziyalı həmkarı Coko Vidodo ilə hazırlığın detallarını müzakirə etdiyini bildirib.
"Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Baxacağıq, saymalı günlər qalıb" deyib Zelenski.
Oktyabrın əvvəlində Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkün olmadığı barədə qərarını açıqlayıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Zelenski bildirib ki, əgər Rusiya qondarma "Luhansk Xalq Respuvlikası" (LXR), "Donetsk Xalq Respublikası" (DXR), Xerson və Zaporijye vilayətlərinin işğal etdiyi hissələrinin Rusiyaya daxil olmasına dair psevdo-referendumun nəticələrini tanıyarsa, o zaman Vladimir Putinlə "danışacaq heç nə qalmayacaq".
Daha sonra o, Ukraynanın Rusiya ilə dialoqa hazır olduğunu, lakin Rusiyanın başqa prezidenti ilə dialoqa hazır olduğunu deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?