Macarıstanın paytaxtı Budapeştdə Viktor Orban hökumətinin nəzarətində olan mediaya və Ukrayna ilə müharibədə Rusiya Federasiyasına ardıcıl dəstək verən Macarıstan siyasətinə qarşı mitinq keçirilib.
Nümayişdə bir neçə yüz nəfərin iştirak etdiyi qeyd edilir. Aksiyanın təşəbbüskarı müxalifətçi deputat Akos Hadhazi olub.
Etirazlara qatılan tarixçi Kriştian Unqvari çıxışında bildirib ki, ictimai televiziya Rusiya-Ukrayna müharibəsi barədə yalan danışır və onun rəhbərləri təkcə təbliğatçılar deyil, həm də Rusiya təcavüzünün tərəfdarlarıdır.
Xatırladaq ki, oktyabrın sonunda Macarıstanın Baş naziri Viktor Orbanın iqtisadi siyasətinə görə Macarıstanda kütləvi etirazlar başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?