Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur.
İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb.
Gundemxeber.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlının qətlə yetirdiyi şəxs ilk dəfə quldurluq əməlinə görə həbsxanaya düşüb. Belə ki, təxminin 20 il əvvəl İ.Mehdiyev Bakı şəhəri ərazisində bir qrup şəxslə birgə quldurluq cinayətinə görə tutulub və məhkum edilib.
O, cəzasını çəkdikdən sonra növbəti dəfə 2011-ci ildə həbsxana yoldaşı olmuş şəxsə doğranmış toyuq ətinin içində narkotik maddə keçirərkən tutulub. Belə ki, həmin vaxt Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu, quldurluq əməlinə görə 10 il cəza almış Rövşən Ağayevin görüşünə gəlmiş İskəndərin sovqatına baxış keçirilərkən o tutulub. Toyuq ətinin içindən 3,251 qram heroin aşkar edilərək götürülüb.
Bu əmələ görə növbəti dəfə məhkum edilən İ.Mehdiyev azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və əməlində cinayət residivi olduğundan daha uzunmüddətli həbsə məhkum edilib. İskəndər Mehdiyev son olaraq Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi həbsdə olub.
Qardaşı İ.Mehdiyevin bu ilin 26 oktyabr tarixində azadlığa çıxdığını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?