GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Fransa-Ermənistan cütlüyü - xəyalların əsiri olan müttəfiqlər - ŞƏRH

Fransa-Ermənistan cütlüyü - xəyalların əsiri olan müttəfiqlər - ŞƏRH

Tarix: 11-11-2022, 18:23 Bölmə :Dünya Baxış: 283

Özünü dünyaya xilaskar kimi sırımağa çalışan Fransanın əsl siyasəti

Fransa böyük dövlət rolunu itirə-itirə gedir. Təbii ki, bunun əsasında ilk növbədə müsəlman dünyasına nifrət dayanır. İmperiya və qüdrətli dövlət olduğu dövrdə Afrika və Asiyanın müsəlman ölkələrində qul alveri ilə məşğul olmuş Fransa artıq həmin ərazilərdə mövqelərini itirib. Buna görə də hazırda onları ənənəvi üsullarla yenidən ələ keçirməyə cəhd göstərir. Rəsmi Paris isə artıq müstəqil olan həmin ölkələrlə bərabərhüquqlu davranmağa özündə güc tapmır.

2020-ci ilin avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra Fransa Prezidenti Emmanuel Makron bu ölkəyə səfər edib. O, səfər çəçivəsində livanlı rəsmilərlə görüşü zamanı bəzi islahatlar edilmədiyi halda Livana sanksiya tətbiq edəcəklərini vurğulamışdı. Yeri gəlmişkən, oxucuların diqqətinə çatdırım ki, həmin partlayış nəticəsində 157 nəfər ölüb, 5 mindən çox insan yaralanıb, 60 nəfər isə itkin düşüb.

Fransa Avropada İslam dünyasına qarşı mübarizənin mərkəzinə çevrilib. Bir vaxtlar yeraltı, yerüstü sərvətlərini talayan, insanlarını əşya kimi qul bazarında satan Fransa indi də həmin bölgələrin insanlarına qarşı müxtəlif silahlı dəstələri dəstəkləməklə təzyiqlər göstərir. Bu yolla o, Afrika və Asiyanın həmin ölkələrinin sakinlərinə özünü xilaskar kimi sırımağa çalışır

"Charlie Hebdo" jurnalının iç üzü: nifaq dərgisi

Fransada çıxan "Charlie Hebdo" jurnalı söz azadlığı və insan hüquqları kimi demokratik prinsiplərdən sui-istifadə edərək insanlar, dinlər, mədəniyyətlər və dövlətlər arasında nifaq toxumu səpir, eləcə də iğtişaşlar yaradır. Jurnalın bu fəaliyyətlə məşğul olduğu göz önündədir və onun səhifələrini vərəqləməklə bunun həqiqətinə çatmaq mümkündür. 2020-ci ildə Emmanuel Makronun "İslam böhran dövrünü yaşayır" açıqlaması Fransada etirazlara səbəb olmuşdu. "Charlie Hebdo" jurnalı səhifəsində Məhəmməd Peyğəmbərlə bağlı təhqiredici karikaturadan sonra Makron bildirmişdi: "Biz karikatura və rəsmlərdən imtina etməyəcəyik".

Bu, Fransa kimi bir dövlətin müsəlmanlara və dinlərarası məsələyə münasibətinin göstəricisidir. Ölkənin daxili işlər naziri Jerald Darmanen isə bildirib ki, Fransa ölkə daxilində olduğu kimi xaricində də İslama qarşı müharibə elan edib. Makron dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalanları "İslam separatçıları" adlandırıb. Amma təbii ki, Fransa vətəndaşı olan müsəlmanlar da sosial ayrı-seçkiliyə də məruz qalırlar. Onların arasında işsizlərin sayı isə gündən-günə çoxalır.

Barbar fransızlar və onların vandallığı

Fransızların müstəmləkəyə çevirdiyi xalqlara qarşı törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri, xüsusən Fransa siyasi dairələrinin hələ də kolonializm təfəkküründən imtina etməməsi, keçmiş müstəmləkəsi olan ölkələrə qarşı hökmdar kimi davranmaqda davam etməyə cəhd etməsi onun etibarsız və suverenliyə hörmət etməyən dövlət imicinin formalaşmasına səbəb olub. Yürüdülən bu özündənrazı, təkəbbürlü, hikkəli və haqsızlığı müdafiə siyasəti səbəbindən Fransa beynəlxalq aləmdə nüfuzunu itirməkdədir. Bu ölkə üçün həyati vacib məsələ sayılan Afrikanın şimal və mərkəzi bölgələrini, habelə Aralıq dənizi hövzəsini Türkiyə və Çinlə rəqabətdə uduzması bunu təsdiqləyir.

Beynəlxalq aləmdə siyasi rəqabətə davam gətirə bilməyən Fransa Ermənistan kimi faktorlardan Türkiyə və Azərbaycana qarşı istifadə edir. Frankafrika (“Françafrique”) - Fransanın keçmiş müstəmləkələri, eləcə də Afrikadakı keçmiş Belçika və İspaniya dövlətləri üzərində qeyri-rəsmi himayədarlıq sistemidir. Bura 1960-cı illərdə müstəmləkə sisteminin dağıdılmasından sonra formalaşıb. Bu yolla Fransa Afrikanın mineral ehtiyatlarını, həm də yerli bazarları mənimsəmək üçün müstəsna hüquq əldə edib. "Soyuq müharibə" başa çatandan sonra Zair və Ruandada fransameyilli avtoritar rejimlərin devrilməsi ilə Frankafrikanın mövqeyi sarsılıb. Fransa prezidenti Fransua Ollandın 2012-ci ildə Frankafrikanın sona çatdığını elan etməsinə baxmayaraq, Fransanın Maliyə hərbi müdaxiləsi və Mərkəzi Afrika Respublikasına müdaxiləsi yenə də bu layihə ilə əlaqələndirilir. Fransa tərəfdarı olan Afrika diktatorları (Konqo, Seneqal, Burkina Faso, Qabon, Kot-d'İvuar) Fransa prezidentlərinə əsl xərac verdikləri barədə mətbuata məlumat sızılır. Afrikada hərbçiləri saxlamaqla rəsmi Paris müstəmləkə iddiasından xilas ola bilmədiyni göstərir. Yeri gəlmişkən, onların Cibuti (3 min hərbçi), Qabon, Seneqal (1,2 min əsgər), Kot-d'İvuar və Çadda hərbi bazası mövcuddur.

Makronun Fransası və yaxud da uğursuz vasitəçilər

Fransa hakimiyyəti və onun indiki Prezidenti Emmanuel Makron beynəlxalq vasitəçi kimi də uğursuzdur. 1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat keçirib. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Faciəni araşdıran BMT komissiyası Fransa hökumətinin irqçi, korrupsioner və zorakı rejimi dəstəkləməsini və fransız qavrayışında etno-millətçiliyin hakim olmaqda davam etdiyini təsdiqləyib. Fransa Sahel bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirmək, habelə terrorçuluq və ekstremizmə qarşı mübarizə aparmaq adı altında 1 avqust 2014 tarixində “Barxan əməliyyatı”na başlasa da, regionun sosial və siyasi transformasiyası üçün effektiv yolların inkişaf etdirilməsi mümkün olmadı. Üstəlik, Malidə hakimiyyət dəyişikliyindən sonra ölkə rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb etdi. Nəticədə 2022-ci il noyabrın 9-da hərbçilərini bu ölkədən çıxartmağa məcbur olub.

Amerikanın 2018-ci ilin mayında nüvə proqramı üzrə sazişdən birtərəfli qaydada çıxmasından sonra başlayan gərginliyin dayandırılması, təşəbbüsü ələ almaq məqsədilə E.Makron üç aya yaxın müddətdə tərəflər arasında vasitəçilik etməyə çalışdı. O, ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Həsən Ruhani arasında görüşün təşkilinə çalışsa da, həmişəki kimi uğursuz oldu. Fransada 2018-ci ildə Paris Sülh Forumu adlı qeyri-hökumət təşkilatı yaradılıb. Bununla yeni kollektiv fəaliyyət formalarını inkişaf etdirmək üçün dövlət və beynəlxalq təşkilatların başçılarının vətəndaş cəmiyyəti və özəl sektorla görüşdüyü məkan sayılır. Ancaq bu tədbirin keçirilməsində də ikili stanrdartlar mövcuddur.

Fransa-Ermənistan cütlüyü və yaxud da xəyalların əsiri olan müttəfiqlər

Noyabrın 11-12-də 5-ci Paris Sülh Forumu keçirilir. Həmin tədbirə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da dəvət edilib. Fikrimizcə, rəsmi İrəvan nümayəndəsinin bu tədbirdə birtərəfli iştirakı Fransa və Ermənistan hakimiyyətlərinin Türkiyə ilə Azərbaycana qarşı birgə aksiyası da ola bilər. Beləliklə, Fransa Afrika və dünyanın başqa bölgələrində itirdiyi müstəmləkə ərazilərini, Ermənistan da havadarlarının yardımı ilə bir vaxtlar işğal etdiyi Azərbaycan torpaqlarını yenidən ələ keçirmək üçün xəyallar quraraq çabalayırlar. Bu cütlük türk və müsəlman düşmənliyi, revanşist cəhdləri ilə bir-birinə çox oxşayır.


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu-video

    Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə ...

    7-08-2020, 16:19

  • 
  • Rəsmi Bakıdan Fransa və Kanadaya xəbərdarlıq: “Azərbaycan cəmiyyətində etimadınızı itirə bilərsiniz”

    Rəsmi Bakıdan Fransa və Kanadaya xəbərdarlıq: ...

    7-05-2021, 15:03

  • 
  • Beyrutda güclü partlayış

    Beyrutda güclü partlayış ...

    9-07-2013, 14:05

  • 
  • Fransa prezidenti Macron Səudiyyə Ərəbistanına qəfil səfər edib

    Fransa prezidenti Macron Səudiyyə Ərəbistanına ...

    10-11-2017, 15:30

  • 
  • Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”

    Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş ...

    24-03-2021, 11:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu