Gundemxeber.az » Dünya » Vitse-prezident Harris Asiyaya səfəri zamanı Myanma və Cənubi Çin dənizi məsələlərini müzakirə edəcək
ABŞ-ın vitse-prezidenti Kamala Harris regional sammitdə ABŞ-ın iqtisadi maraqlarını təbliğ etmək və Myanmada davam edən hərbi repressiyalarla bağlı narahatlıqları müzakirə etmək üçün bu həftə Tailanda gedəcək.
Harris qtisadi inteqrasiya və rifahın artırılmasına təkan verən 21 üzv iştirak edəcəyi Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində çıxış edəcək.
Harrisin yaxın günlərdə səfər edəcəyi Tailand və Filippindəki liderlərlə Myanma ilə bağlı müzakirələr aparacağı bildirilib.
Səfərdən əvvəl administrasiyanın yüksək səviyyəli rəsmisi brifinq zamanı jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar danışıqların yeni iqtisadi təşəbbüslərin maliyyələşdirilməsi ilə nəticələnəcəyini gözləyir. "Biz, həmçinin onların Myanmadakı vəziyyəti, eləcə də digər regional və qlobal hadisələri müzakirə edəcəklərini gözləyirik" - deyə, rəsmi bildirib.
Administrasiya rəsmisi "Tailand və Filippin oradakı rejimin repressiyalarından çox təsirlənir" deyib.
Hərbçilər 2021-ci ildə Myanmada dövlət çevrilişi edərək, demokratik yolla seçilmiş hökuməti devirib və ölkədə silahlı müqavimətə səbəb olub.
Keçən həftə Myanma Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammitindən kənarlaşdırılıb. Blok üzvləri Myanmaya sülh planının həyata keçirilməsində nəzərəçarpacaq irəliləyişə nail olmaqla bağlı birgə xəbərdarlıq bəyanatı yayıb.
Harrisin Filippinə səfəri zamanı diqqətini Manila və Pekin arasındakı ərazi mübahisəsinə yönəldəcəyi gözlənir. O, administrasiyasının mübahisəli Cənubi Çin dənizində qanunun aliliyinə sadiqliyini vurğulamaq üçün Filippinin Palavan adasındakı Puerto Princesaya səfər edəcək.
14-09-2020, 10:57
21-08-2020, 15:32
10-05-2019, 21:32
9-03-2016, 13:27
9-01-2018, 10:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?