ABŞ lideri Donald Tramp gələcəkdə ölkə prezidenti vəzifəsinə bir qadının seçiləcəyi ehtimalından danışıb.
“RİA Novosti” bu barədə xəbər yayıb.
Onun sözlərinə görə, bir gün ölkədə qadın prezident olacaq.
O bildirib ki, bu qadın Demokratlar partiyasından vitse-prezident olaraq namizədliyi irəli sürülən Kamala Harris olmayacaq:
“O, ən pisidir”.
Qaradərili olan Kamala Harris 2017-ci ildən Kaliforniya senatorudur. Bundan əvvəl, o, 2011-ci ildən bu yana Kaliforniya Baş Prokuroru vəzifəsində çalışıb. Harris ABŞ-da vitse-prezidentliyə namizəd göstərilən ilk qaradərili qadın olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?