Baş Prokurorluğun bildirdiyinə görə, Ukraynada fevralın 24-dən indiyədək 437 uşaq ölüb, 839 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Uşaqlara ən çox Donetsk, Xarkiv və Kyiv vilayətlərində zərər dəyib. Qeyd olunub ki, bu rəqəmlər yekun xarakter daşımır. Belə ki, hərbi əməliyyatların aparıldığı yerlərdə, işğal olunmuş və azad edilmiş ərazilərdə bu istiqamətdə işlər davam etdirilir.
Rusiya ordusunun bombardmanları və atəşləri nəticəsində 332-si tamamilə məhv ediliməklə, 2719 təhsil müəssisəsi zərər çəkib.
BMT-nin noyabrın 14-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada 408-i uşaq olmaqla, 6557 mülki şəxs həlak olub. Ölənlər arasında 2559 kişi, 1752 qadın, 170 qız və 204 oğlan uşağı var. Daha 34 uşağın və 1838 böyüyün cinsiyyəti müəyyən edilməyib. 10 074 nəfər yaralanıb.
Məlumatda deyilib ki, ölümlərin əksəriyyətinə ağır artilleriya, çoxsaylı raket sistemləri və raket atəşləri da daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə səbəb olub.
İnsan Haqları üzrə Ali Komissarlığ real rəqəmlərin daha çox olduğunu deyib. Belə ki, intensiv döyüşlərin getdiyi bəzi yerlərdə məlumatlar gecikdirilib, bir çox xəbərlər hələ də təsdiqini tapmayıb. Buraya Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetsk daxildir. Bəzi məlumatlara görə, həmin ərazilərdə də mülki əhali arasında itkilər var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?