GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranda VƏZİYYƏT: “Gedişat vətəndaş müharibəsinə səbəb ola bilər”

İranda VƏZİYYƏT: “Gedişat vətəndaş müharibəsinə səbəb ola bilər”

Tarix: 22-11-2022, 11:38 Bölmə :Dünya Baxış: 81



Artıq iki aydan çox müddətdir ki, İranda kütləvi etiraz aksiyaları davam edir. Nümayişlərin şiddəti isə get-gedə daha da artır. Artıq sosial şəbəkələrdə yayılan görüntülərdə və xəbərlərdə İranın bir sıra şəhərlərində etirazçıların barrikadalar qurduğu və hökumət qüvvələri ilə silahlı toqquşmaların başladığı görülməkdədir.

İran hakimiyyəti isə nümayişçilərə qarşı sərt ritorikasından imtina etmir. Əksinə, cənub qonşumuzun Ali Rəhbəri Ayətullah Əli Xamenei noyabrın 20-də İsfahan şəhərində səsləndirdiyi bəyanatlarda etirazçıların cəzalandırılacağını elan edib.
Bəs, proseslərin bu cür gedişi nə ilə nəticələnəcək?

Gundemxeber.az bildirir ki, mövzunu Bizim.Media üçün şərh edən Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan qeyd edib ki, dinc aksiyaları silahlı qarşıdurmaya doğru Tehran hakimiyyəti yönəldib:

“Çünki artıq 67-ci gündür ki, etiraz aksiyaları davam etsə də, Tehran hakimiyyəti etirazçıların nümayəndələrini qəbul edib, onların istəklərinə qulaq asmayıb. İran hökuməti 67 gündür ki, etiraz aksiyalarını eyni məntiqlə, onları “terrorçu”, “işğtişaş yaradan”, “xarici qüvvələr” və s. formalarda damğalamaqla məşğuldur. Bundan əlavə, 420-ə yaxın etirazçı Tehran hakimiyyətinin qurbanı olub. Bu onu göstərir ki, Tehran rejimi aksiyanı silah yolu ilə yatırmağa çalışır.

Bunun adekvat cavabının olacağı da istisna olunmur. Məsələn, İraqın şimalının Tehran hərbçiləri tərəfindən bombalanması onu göstərir ki, İraqla sərhəddən İrana silahlı qüvvələr gəlir. Xüsusən də, İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan və digər əyalətlərdə hakimiyyət qüvvələrinə qarşı silahlı müqavimət göstərilir. Perspektivdə vəziyyətin inkişaf edəcəyi isə istisna olunmur”.

Sədrəddin Soltanın sözlərinə görə, İranın şərq hissəsində yerləşən Sistan və Bəlucistan əyalətində də silahlı toqquşmaların olması ilə bağlı xəbərlər yayılır:

“Bu vəziyyətin perspektivdə başqa əyalətlərə də keçəcəyi istisna olunmur. Ona görə ki, hakimiyyət dinc aksiyaçıların tələblərinə qulaq asmır və çıxış yolunu silahlı müqavimətdə görür. Hakimiyyəti silahla devirməsi isə beynəlxalq hüquqa görə vətəndaşların hüququdur. Lakin bütün hallarda başlayan silahlı qarşıdurma təhlükəli istiqamətə yönəlir və bu, İranda vətəndaş müharibəsinin start götürməsinə səbəb ola bilər”.

Müsahibimiz İran üçün Suriya ssenarisinin baş tutması ehtimallarını da dəyərləndirib:

“Suriyada İŞİD məsələsi xüsusi rol oynadı. Amma İranda İŞİD məsələsi gündəlikdə yoxdur. Eyni zamanda İŞİD-in ardınca Suriyada PKK-nın qolları olan PYD və YPG-nin adı hallanmağa başladı.
Daha sonra da müxtəlif təşkilatlar fəaliyyət göstərdiklərini elan etdilər. İranda isə hələ açıq-aşkar bir təşkilat, yaxud siyasi liderin adı hallanmır. İran hakimiyyəti xaricdə yaşayan bir sıra siyasilərin adını çəkir, amma konkret hərəkat lideri bəlli deyil.

Buna rəğmən, İranda vəziyyət ağırlaşsa, proseslər həlledici mərhələyə yaxınlaşsa həmin lider və təşkilatların üzə çıxacağı istisna olunmur. Lakin indiki vəziyyətə İran hakimiyyəti hadisələri özündən asılı olmayaraq silahlı toqquşmalara yönləndirir. Hakimiyyət bu yolla etirazların qarşını almağa çalışsa da, bu əks effekt verir”.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranın əksər bölgələrində kütləvi etiraz aksiyaları start götürüb.


Gundemxeber.az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi

    İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi ...

    29-06-2018, 14:45

  • 
  • ABŞ və İran liderləri arasında söz güləşi

    ABŞ və İran liderləri arasında söz güləşi ...

    5-01-2018, 00:10

  • 
  • Yerevanda etiraz aksiyaları davam edir

    Yerevanda etiraz aksiyaları davam edir ...

    23-04-2018, 11:43

  • 
  • İran hakimiyyəti aksiyalar zamanı 25 nəfərin öldüyünü açıqlayıb

    İran hakimiyyəti aksiyalar zamanı 25 nəfərin ...

    14-01-2018, 18:34

  • 
  • Amnesty International İranda etiraz aksiyaları zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir

    Amnesty International İranda etiraz aksiyaları ...

    3-12-2019, 11:53


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (552)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu