Gundemxeber.az » Dünya » Putinin yolunu tutan Orban: Daha bir prezident Ukrayna ərazisinə göz dikib
Macarıstanın baş naziri Viktor Orbanın Budapeştdə Macarıstan və Yunanıstan futbol yığmalarının dostluq matçında ölkənin 1920-ci il xəritəsi həkk olunmuş şərfdə görünməsi diplomatik qalmaqal yaradıb.
1920-ci ildə Rumıniya, Avstriya, Slovakiya, Serbiya, Xorvatiya və Ukraynanın müəyyən hissələri Macarıstanın tərkibində olub.
Xəbər verilir ki, Macarıstanın Kiyev və Buxarestdəki səfirləri baş nazirin hərəkəti ilə bağlı Ukrayna və Rumıniya XİN-lərinə dəvət ediliblər.
Rumıniya XİN Macarıstan səfirinə “qətiyyətli etirazını” bildirib.
Ukrayna XİN-də isə səfirdən Budapeştin rəsmən üzr istəməsi və Ukraynanın ərazi bütövlüyünə “qəsdlə” bağlı izahat verməsi tələb olunub. Ukrayna XİN-in nümayəndəsi Oleq Nikolenko Facebook səhifəsində yazıb:
“Viktor Orban futbol matçına üzərində Ukrayna ərazisi Macarıstanın bir hissəsi kimi göstərilən xəritə çəkilmiş şərflə gəlib. Macarıstanda təftişçilik ideyalarının təbliğatı Ukrayna-Macarıstan münasibətlərinə xidmət etmir və Avropa siyasətinə ziddir”.
“Meduza” qəzeti yazır ki, sözü gedən şərfi Orbana macar azarkeşlərdən biri verib.
Orbanın özü daha sonra Facebook səhifəsində yazıb:
“Futbol siyasət deyil. Gəlin olmayanı axtarmayaq. Macarıstan yığması harada yaşamasından asılı olmayaraq hər bir macarın komandasıdır”.
Vaxtilə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Macarıstan I Dünya Müharibəsindən sonra 1921-ci ildə Trianon sülh müqaviləsini imzalamaqla ərazilərinin üçdə ikisini itirib.
Baş nazir Viktor Orbanı Moskva ilə sıx əlaqələrinə və Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunması üçün hərbi dəstək vermədiyinə görə tez-tez tənqid edirlər.
Məsələn martın 26-da Orban demişdi ki, onun ölkəsi Rusiya neft və qazına qoyulan embarqoya qoşulmayacaq.
O habelə demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Budapeştdən Rusiyaya qarşı hərbi dəstək gözləməsi Macarıstanın iqtisadi maraqlarına uyğun deyil.
GUNDEMXEBER.AZ
6-03-2016, 16:37
28-11-2013, 15:30
5-11-2022, 10:35
28-08-2020, 11:30
17-09-2017, 12:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?