Gundemxeber.az » Dünya » Bill Qeytsdən kitabsevərlərə 5 kitab tövsiyəsi
Microsoft-un qurucusu Bill Qeyts ABŞ-ın aparıcı media qurumlarından biri olan CNBC-yə verdiyi müsahibədə beş kitab tövsiyə edib...
67 yaşlı texnologiya milyarderi kitabsevərlərə aşağıdakı kitabları oxumağı tövsiyə edib:
1961-ci ildə ABŞ-ın fantast yazıçısı Robert Haynlayn tərəfindən yazılmış bu əsər Marsda doğulan və marslılar tərəfindən böyüdülən insan Valentin Maykl Smitin hekayəsindən bəhs edir.
“Gələcəkdə baş verə biləcəklər haqqında düşüncələrimizə meydan oxuyan elmi fantastikanı sevirəm”, deyən Geyts bu kitabın onun gəncliyində ən çox sevdiyi elmi fantastika kitabı olduğunu bildirib
Dünyaca ünlür U2 musiqi qrupunun vokalisti Bono tərəfindən yazılmış “Təslimçilik: 40 mahnı, bir hekayə” kitabı onun qrup üzvləri ilə keçirdiyi illərdən bəhs edir.
Qeyts bildirib ki, kitab U2-nin ən məşhur mahnılarını necə bəstələdiyinə və qrup üzvlərinin 40 ildən artıq bir müddətdə necə bir yerdə qaldığına işıq salır: “Onların hamısı eyni dəyərləri bölüşür. Dördü də bütün dünyada yoxsulluq və bərabərsizliklə mübarizədə ehtiraslıdır”, deyə Microsoft qurucusu deyib.
Qeytsin tövsiyə etdiyi digər kitab ABŞ yazıçısı və tarixçisi Doris Kirns Qudvin tərəfindən yazılmış Rəqiblər Komandasıdır.
Nüfuzlu Pulitser mükafatı laureatı Qudvinin kitabı ABŞ-ın 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolndan bəhs edir. Qeyts ölkədə köləliyin ləğvində mühüm rol oynayan Linkolnun öz müşavirləri arasında əks fikirləri birləşdirə bilməsinə heyran olduğunu bildirib. "Liderlərin bu gün Linkolndan öyrənməli çox şey var”, deyə, milyarder əlavə edib.
Amerika yazıçısı Timoty Gallueynin 1974-cü ildə nəşr olunan “The Inner Game of Tennis” əsəri də Qeytsin tövsiyələri sırasındadır.
1960-cı ildə Harvard Universitetinin tennis komandasının məşqçisi olan Qalluey kitabında iddia edir ki, tennisçinin psixi vəziyyəti onun performansına ən az atletik qabiliyyətləri qədər təsir edir.
Kitabı həyatı boyu bir neçə dəfə oxuduğunu bildirən Qeyts bundan əldə etdiyi məlumatlarla karyerasında səhvlərlə ilişib qalmaqdansa, özünə daha konstruktiv tənqidlər yönləndirməyi öyrəndiyini qeyd edib.
İngilis akademik Paul Strathern tərəfindən yazılmış “Mendeleyevin yuxusu” 1869-cu ildə dövri cədvəlin ilk versiyasını hazırlayan rus kimyaçısı Dmitri İvanoviç Mendeleyin hekayəsindən bəhs edir. Qeyts dövri sistemə xüsusi maraq göstərdiyini bildirib.
Gundemxeber.az
14-04-2020, 15:46
1-10-2020, 09:28
4-03-2016, 00:17
17-02-2020, 10:11
10-08-2020, 15:41
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?