Çini bürümüş koronavirus epidemiyası Afrika qitəsinə keçsə 10 milyondan çox adamın ölümünə səbəb olacaq.
Belə proqnozla amerikalı milyarder Bill Qeyts fevralın 1-də Sietldə, elmin inkişafına dəstək üzrə Amerika Assosiasiyasının (AAAC) yığıncağında çıxışı zamanı bildirib.
“Biz həmişə bilirik ki, təbii və ya süni yolla yaranmış pandemiya səhiyyə sisteminin və iqtisadiyyatının işini pozan səbəblərdən biridir. Və 10 milyondan çox adamın ölümünə səbəb ola bilər”,-Qeyts deyib.
Onun sözlərinə görə, bu baxımdan Afrika ölkələri və bir sıra Asiya ölkələri daha əlçatandır. Çünki bu ölkələrin səhiyyə sistemi inkişaf etməyib və güclü infeksiyanın yayılmasının qarşısında aciz qalacaq.
“Əgər siz Ebola qızdırmasının yayılmasına nəzər salsanız görərsiniz ki, ölümlərin çoxu səhiyyə sisteminin işinin dayanması nəticəsində baş verdi”,-milyarder deyib. Bill Qeyts əlavə edib ki, panika və ifrat yüklənmə tibb işçilərinin iş qabiliyyətinə mənfi təsir edir. Afrika və bir sıra Asiya ölkələrində isə onsuz da peşəkar tibb personalı çatışmır.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının planet əhalisinin üçdə ikisini əhatə edə biləcəyini açıqlamışdı. Virus indiyədək Çində 1700-dən çox adamın ölümünə səbəb olub, yoluxanların sayı sürətlə 100 minə yaxınlaşır. Çindən başqa virus daha onlarla ölkədə qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?